Gürcüstanda məmurlar hakim partiyadan istefa verib
Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dörd bələdiyyədə dövlət vəzifələri tutan 4 üzvü istefa verib.
“Report”un yerli bürosu xəbər verir ki, Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin yerli hakimiyyət orqanlarının nümayəndələri partiya sıralarını tərk ediblər.
Laqodexi bələdiyyəsi sədrinin müavini Giorgi Qambaşidze, Çiatura şəhər şurasının üzvü Nikoloz Samxaradze, Tercola şəhər şurasının sədr müavini Omar Cixvaşvili və Axaltsixe şəhər şurasının sədr müavini Saba Kbilaşvili partiya ilə yanaşı, tutduqları vəzifələrindən də istefa verdiklərini elan ediblər.
Onlar bununla “Gürcü Arzusu”nun sıralarını bu yaxınlarda tərk etmiş və Qərbi Gürcüstanı müharibəyə cəlb etməkdə cəhddə günahlandıran Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadzeyə dəstəklərini ifadə ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2022, 14:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər