reklam
Regionxeberlericom.az » Siyasət » “Gərginlik həm İran, həm də Azərbaycan üçün təhlükədir” - NƏ ETMƏLİ?

reklam

“Gərginlik həm İran, həm də Azərbaycan üçün təhlükədir” - NƏ ETMƏLİ?


“İran və Azərbaycan arasında gərginliyin olması boş söhbətdir. Nə İrana, nə də Azərbaycana qarşıdurma şəraitində olmaq və düşmənçilik xeyir gətirmir. Gərginlik və qarşıdurma həm İran, həm də Azərbaycan üçün təhlükədir. Hesab edirəm ki, gərginlik yoxdur. Bizim öz sərhədlərimiz, İranın da tanınan sərhədləri var. Biz öz ərazimizdə fəaliyyət götəririk”. Bunu Reyting.az-a politoloq Zərdüşt Əlizadə İran-Azərbaycan münasibətlərindən danışarkən deyib.

Z. Əlizadə xatırladıb ki, Azərbaycan heç vaxt İran dövlətinin daxili işlərinə qarışmayıb və İrandan da xahiş edirik ki, Azərbaycanın daxili işlərinə qarışmasın: “Bu qədər sadə. Hesab edirəm ki, gərginlik qeyri-peşəkarlıqdan doğur. Əslində yuxarı səddə gərginlik yoxdur. Aşağıda bizim kəmsavad adamlar mövzu tapmayanda başlayırlar İran-Azərbaycan arasında gərginliyin olmasını yazmağa - ay İran bunu etdi, tankları bura gəldi və s. İranda da belə tip adamlar var. Elə bilirsiniz İranda kəmsavadlar yoxdur? Bəziləri oxumayıblar, İran ədəbiyyatı və şeirindən başqa heç nə bilmirlər. Onlar da o tərəfdən yazırlar. Ortada isə gərginlik yoxdur.

Hər halda bu yaxınlarda Aşqabadda İlham Əliyevlə İran prezidenti Rəisi arasında görüş oldu. Hər iki siyasətçi çox ehtiramla görüşüb müzakirələr apardı. Mən onların arasında soyuqluğun olduğunu hiss etmədim. Odur ki, hər iki tərəfdən kəmsavadların nəsə yazmasına diqqət etməyi doğru saymıram”.

Z. Əlizadə diqqətə çatdırıb ki, bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri olub, Tehranda müzakirələr aparıb: “Eyni zamanda İran rəsmisi Bakıya gəlib. Biz hazırlaşırıq energetika sahəsində əməkdaşlıq edək. Tükmənistan qazı İran üzərindən Azərbaycana gələcək. Ortaq məxrəclər daha çoxdur”.




Paylaş:


Müəllif : Tarix:
11-07-2022, 15:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər