reklam
Regionxeberlericom.az » Siyasət » PUTİN ATƏŞKƏSLƏ BAĞLI MƏXFİ DANIŞIQLARA BAŞLAYIB - Kiyevin əks-hücumu nəticə verir

reklam

PUTİN ATƏŞKƏSLƏ BAĞLI MƏXFİ DANIŞIQLARA BAŞLAYIB - Kiyevin əks-hücumu nəticə verir

















Ukrayna ordusunun yeni silahlar alması Kremldə ciddi narahatçılığa səbəb olub

Britaniya hərbi kəşfiyyatı cümə axşamı gündəlik qiymətləndirməsində Ukrayna müharibəsində dönüş yaranması haqqında məlumat verib. Rus ordusunun Ukraynadakı irəliləyişi durdurulub. Almaniyanın “Tagesspiegel” qəzeti Britaniya kəşfiyyatına əsasən yazır ki, son üç gündə rus bölmələri bir metr irəliləyə bilməyiblər, əsgər çatışmazlığı var.

Qəzet yazır ki, Kiyev qoşunları ABŞ-ın təchiz etdiyi “Himars” reaktiv yaylım atəşi sistemləri ilə cəbhə xəttindən xeyli aralıdakı sursat anbarlarını və komanda məntəqələrini atəşə tutur. Rusiyanın nəzarətində olan Mariupol şəhərindəki onlarla hədəf məhv edilib.

Qeyd olunur ki, Kiyevin yeni əks-hücum taktikası özünü doğrultmaqdadır. Qərb silahlarının Ukraynanın əks-hücumundakı üstünlüyünə çox kömək etdiyini bildirən Ukrayna hərbçiləri Rusiyanın iri şəhərlərini hədəfə alıblar.

Ukrayna komandanlığı təhvil aldığı çoxsaylı reaktiv yaylım atəşi qurğularına böyük ümidlər bəsləyir. Almaniyanın “Spiegel” dərgisinin məlumatına görə, Rusiyaya qarşı müharibədə Ukrayna Qərbdən yeni reaktiv yaylım atəşi sistemi alıb.

Müdafiə naziri Oleksiy Resnikov Twitter-də məlumatı təsdiqləyib. “Düşmənə mərhəmət yoxdur” başlıqlı statusunda O.Resnikov yeni silahın fotosunu paylaşıb. ABŞ-ın MLRS M270 sistemlərinin 187 kilometr uzaqlıqdakı hədəfləri vurmaq gücündə olması haqqında məlumatlar var.





















Ukrayna komandanlığının Qərbdən 300 kilometrlik hədəfləri vurmağa qadir olan raket atanlar istədiyini yazan “Spiegel” dərgisinin məlumatına görə, London Kiyevə uzaqmənzilli raketlər söz verib.

Tvitdə M270 sistemlərindən yalnız birinin və ya bir neçəsinin təhvil verilib-verilmədiyi açıqlanmayıb.

M270 sistemləri yük maşınına quraşdırılmış “Himars”dan fərqli olaraq altı əvəzinə on iki raket atəşləyə bilir. İndiyədək Kiyev hər iki sistem üçün 80 kilometrlik mənzili olan raketlər alıb. Bununla belə, Reznikov və digər ukraynalı komandirlər 300 kilometrə qədər mənzili olan raketlərə ümid bəsləyir.








Artıq Almaniya hərbçiləri də ukraynalılara Kiyevin Berlindən alacağı “Mars II” sistemi üzərində təlim keçirlər. 12 raket atəşləyən “Mars II” 80 kilometrlik hədəfləri vura bilir. 300 kilometr mənzili olan raketlərin alındığı təqdirdə Kiyevin apardığı əks-hücum əməliyyatlarının daha da sürətlənəcəyi ehtimal olunur.

Ukraynanın raket zərbələri Rusiyanın hücum potensialını əhəmiyyətli dərəcədə azaldıb. Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzianyk ölkə televiziyasında bildirib ki, ABŞ istehsalı olan “Himars” rusları şoka salıb. "Son bir neçə həftə ərzində düşmənin 30-dan çox maddi-texniki hərbi obyekti məhv edilib".

Motuzianyk “Reuters” agentliyinə bildirib ki, rus ordusunun güvəndiyi ciddi silahlar “Himars” tərəfindən məhv edilib. Bu məlumatlar Qərb silahlarının müharibəyə təsir etdiyini təsdiqləyir və demək olar ki, beş aydan sonra müharibə dinamikasının dəyişdiyini göstərir.

Ukrayna ordusunun yeni silahlar almasının Kremldə ciddi narahatçılıq oyatdığı açıq-aydın görünür. Prezident Putinin hökumət üzvləri arasında dəyişiklərə getməsinin silah sənayesinin gücləndirilməsi ilə bağlı olduğu bildirilir.

Əsgər çatışmazğı problemini çözmək üçün Kremlin könüllülərdən ibarət 85 batalyonun yaradılmasına qərar verdiyi bildirilir. Batalyonlara daha çox qeyri-rusların cəlb olunacağı haqqında şayiələr gəzir.

Rusiya parlamentinin qapalı iclasından yazan “Spiegel” dərgisi qeyd edir ki, Kreml Ukraynaya rəsmi müharibə aparılması, bütün ölkə iqtisadiyyatının müharibə qanunlarına tabe etdirilməsi, eləcə də ölkədə fövqəladə vəziyyətin elan olunması məsələlərini müzakirə edir.

Rusiya parlamentinin üzvləri arasında ajiotaj yarandığı açıq hiss olunur. Müzakirələrdə qərb raketlərinin yaxında Rusiyaya düşəcəyindən ehtiyatlanan deputatlar ümumi səfərbərliyə başlamağın vacibliyindən danışıblar.

Müşavirədən əvvəl Dumanın sözçüsü Vladimir Vasilyev mətbuata açıqlamasında bildirmişdi ki, müşavirədə 60 mövzu, 80-dən çox qanun layihəsi müzakirə olunmalıydı.
















Qərb mediasının “Putinin provakatoru” adlandırdığı Dimitri Roqozinin vəzifədən uzaqlaşdırılmasını Putinin yaxın çevrəsinin qərblə apardığı gizli danışıqların nəticəsi sayanlar var. “Frankfurter Allgemeine Zeitung”un yazdığına görə, bu danışıqlarda Putini Almaniyanın keçmiş kansleri Gerhard Şröder təmsil edir. Şröderin ukraynalı siyasətçilərlə bir həftə əvvəl İstanbulda görüşməsi haqqında məlumatlar təsdiqlənib.















Aparılan danışıqlarda Ukrayna tərəfinin mövqeyinin güclənməsini qeyd edən qərb mediası Şröderin atəşkəsə nail olmaq təklifindən yazır. Hiss olunur ki, Kremlin daha Ukraynada həyata keçirdiyi işğalçı əməliyyatları davam etdirmək gücü qalmayıb. Şröderin “atəşkəs” təklifinin Putindən gəldiyi ehtimal olunur.

Qərbin ekspertləri Xersonun Ukrayna hərbçiləri tərəfindən geri alınacağı təqdirdə Kremldə ciddi çaxnaşmaların baş verəcəyini proqnozlaşdırırlar. (musavat.com)




Paylaş:


Müəllif : Tarix:
16-07-2022, 16:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər