reklam
Regionxeberlericom.az » Siyasət » RUS SÜLHMƏRAMLILARI LAÇINDA TALANÇILIQ EDİRLƏR

reklam

RUS SÜLHMƏRAMLILARI LAÇINDA TALANÇILIQ EDİRLƏR
















Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının daha bir qanunsuz əməli ifşa olunub.

"AzPolitika.info" xəbər verir ki, "Caliber.Az" saytı Rusiyanın sülhməramlı kontingentinin hərbi qulluqçularının “Laçın dəhlizi”ndə qanunsuz söküntü işləri ilə məşğul olduğunu əks etdirən eksklüziv görüntülər əldə edib.

Həmin görüntülərdə rus hərbçilərinin 1992-ci ilin işğalından əvvəl sırf azərbaycanlı əhalinin məskunlaşdığı Laçın rayonunun Qaraqaxa kəndində yerləşən birmərtəbəli yaşayış binasının dam örtüyünü sökmələri əks olunub.

Eyni zamanda, onlar təkcə şiferə deyil, həm də taxta konstruksiyalara göz dikərək, bu materialları üzərində Rusiya bayrağı və “SK” (sülhməramlı kontingent) yazısı olan KAMAZ-a yükləyiblər.

Maraqlıdır ki, talançıların “binanın deşifrə edilməsi üzrə xüsusi əməliyyatının təhlükəsizliyi” onların sərəncamında olan “BTR-82A” zirehli transportyoru tərəfindən təmin edilir.

Bu faktla bağlı bir neçə sual yaranır: Rusiya sülhməramlılarının məqsədləri nədən ibarətdir? Niyə onlar birbaşa vəzifələrini yerinə yetirmək əvəzinə, əvvəllər işğal olunmuş ərazilərdə (Xüsusilə Laçın dəhlizini ələyə çeviriblər, oradan destruktiv elementlər Ermənistandan Azərbaycanın Qarabağ regionuna sızırlar) sözün həqiqi mənasında daşı-daş üstündə qoymayan həmin Qarabağ separatçıları kimi davranırlar? Yoxsa onlar tezliklə müvəqqəti olaraq yerləşdirildikləri məsuliyyət zonasını tərk edəcəklərini anlayaraq, başqasının əmlakından sadəcə mənfəət əldə etmək qərarına gəldilər?

Həmin görüntüləri təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
20-07-2022, 16:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər