“ONLAR YA TƏSLİM OLACAQ, YA DA MƏHV EDİLƏCƏKLƏR” – Xerson ətrafında 2000-ə yaxın rus hərbçisi mühasirədədir
Mariupolda rus ordusunun Ukraynanın “Azov” hərbi qruplaşması və digər hərbi birləşmələrinə aid əsgərləri mühasirəyə alaraq, onlara qarşı hər cür ağır silahlardan istifadə etdiyi, gecə-gündüz bombaladığı, onlarla necə amansız davrandığı, aylarla adi içməli suya belə həsrət qoyduğu, bir sözlə, bütün beynəlxalq konvensiyaları pozaraq, vandallıqlar törətdiyi bütün dünyaya məlumdur. Uzun müddət qəhrəmanlıqla mübarizə aparan həmin döyüşçülər nəhayətdə, Kiyevin əmri ilə silahı yerə qoyaraq təslim oldular və bu gün də Rusiyada və işğal olunmuş ərazilərdə əsir, məhbus həyatı yaşayırlar. Hazırda Ukrayna Ordusunun eyni durumu Rusiya tərəfinə yaşatmaq şansı yaranıb.
İşğal olunmuş Xerson vilayətinin Vısokopolye yaşayış məntəqəsində 2000-ə yaxın rus hərbçisi Ukrayna Ordusunun mühasirəsinə düşüb. Bu məlumat dünən axşam Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç, həmçinin Britaniya hərbi kəşfiyyatı tərəfindən təsdiqlənib.
A.Arestoviç deyib ki, 1000-dən çox rus hərbçisi ixtiyarlarında olan hərbi texnika və silah-sursatla düşdükləri mühasirədən çıxmağa cəhd ediblər. Lakin onların bu həmləsinin qarşısı aınıb və onlar əvvəlki mövqelərinə geri çəkiliblər. Həmin qüvvələr üç tərəfdən Ukrayna silahlı birləşmələri tərəfindən əhatə olunub, dördüncü istiqamət isə ukraynalıların atəş nəzarəti altındadır. Bu da faktiki mühasirə deməkdir. Rusiya ordusunun bu istiqamətdə ağır durumda və kommunikasiya xətlərinin daim atəş altında olduğu qeyd edilir və bildirilir ki, mühasirədəki rus hərbçilərini bu şərtlər altında xilas etmək mümkünsüz görünür.
Hətta bu vəziyyətin iki həftəyə yaxındır davam etdiyi bildirilir və qeyd olunur ki, artıq bir neçə dəfə Rusiya tərəfi həmin ərazidəki birləşmələrini çıxarmaq üçün Ukraynadan “yaşıl dəhliz” istəyib. Lakin Ukrayna tərəfi bu tələbə rədd cavabı verib. Rusiyanın Mariupol, İlovaysk və digər bölgələrdəki amansız hərəkətlərini xatırladan Arestoviç bildirib ki, heç bir “yaşıl dəhliz”dən söhbət gedə bilməz: “Onlar ya təslim olacaq, ya da məhv ediləcəklər”.
Hələlik sözügedən ərazidə gərgin döyüşlər davam etsə də, artıq Ukraynada Vısokopolyedə mühasirəyə düşən rus hərbçilərinin əsir götürüləcəyi təqdirdə Mariupolun əsirlikdə olan müdafiəçilərilə dəyişdirilməsi variantları müzakirə olunur. Çoxları hesab edirlər ki, mühasirə həlqəsi qapansa və ruslar əsir götürülsə, onları “Azov” polkunun döyüşçüləri ilə dəyişmək lazımdır. Ukrayna rəhbərliyi də buna meylli görünür. Lakin hələlik həmin ərazidə döyüşlər davam etdiyindən və əməliyyat başa çatmadığından Ukrayna hərbi rəhbərliyi bu məsələni şərh etmir.
Onu da qeyd edək ki, Xerson vilayəti Rusiya üçün olduqca ağır istiqamət olaraq qalır. Ukrayna tərəfi isə əksinə, məhz bu istiqamətdə uğurlu əks-hücum əməliyyatları həyata keçirməkdədir. Artıq Xerson şəhərini Rusiyanın nəzarətində olan işğal edilmiş ərazilərlə birləşdirən yeganə körpü – Antonov körpüsü Ukrayna Ordusu tərəfindən demək olar yararsız vəziyyətə gətirilib. Həmin körpünün “HİMARS” sistemlərilə vurulduğu və nəticədə Rusiya tərəfinin körpünü bağlamaq məcburiyyətində qaldığı qeyd edilir. Eyni zamanda, ərazidə partizan dəstələri olduqca fəaldır. Artıq körpüdən məhrum olan rus qoşunları çayı keçmək üçün ponton körpülərdən istifadə etməyə cəhd göstərirlər. Bu isə bir tərəfdən silah-sursatı ön cəbhəyə lazımi tempdə çatdırmağı mümkünsüz edir, digər yandan isə həmin körpülər Ukrayna artilleriyası üçün asan hədəfə çevrilir.
Bir sözlə, hazırda Vısokopolye yaşayış məntəqəsində yaranan vəziyyət Ukraynaya Mariupol və İlovayskın qisasını almaq üçün gözəl şans yaradıb və burada hər hansı humanizm, beynəlxalq konvensiyalara riayət olunması məsələsi bir qədər yersiz görünür. Çünki təcrübə göstərir ki, Rusiya ilə yalnız öz bildiyi dildə danışmaq effekt verir...
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2022, 16:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər