İrəvan Bakının “Yol xəritəsi” ilə razılaşır? - kapitulyant ölkədən ikibaşlı mövqe
“Ermənistan Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişi bağlamağa hazırdır”. Bunu Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qroqoryan ötən həftəsonu yerli mətbuata müsahibəsində deyib. Qriqoryanın həmin müsahibədə diqqət çəkən bəzi digər tezislərini bir daha yada salırıq: “Ermənistan hökuməti sülh gündəliyini dövlət strategiyası elan edib və onun həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Bu işdə Yol xəritəsi - delimitasiya və Azərbaycanla sərhəddə təhlükəsizlik səviyyəsinin artırılması üzrə işlər, habelə regional kommunikasiyaların açılmasıdır”.
“Biz regional kommunikasiyaların açılmasında çox maraqlıyıq, bu, ”Ermənistan yolayrıcı" layihəsinin bir hissəsidir. Əlbəttə, layihənin şərq-qərb hissəsinin konkret marşrutu məsələsi müzakirə oluna bilər, biz heç vaxt yalnız bir variantda israr etməmişik, biz ən effektiv marşrutu tapmalıyıq, çünki “Ermənistan yolayrıcı” layihəsinin funskionallığı və cəzbediciliyi bundan asılıdır". “Biz dəfələrlə demişik ki, Ermənistan və Azərbaycan MDB-nin yaranması haqqında 1991-ci ildə imzalanmış və ratifikasiya edilmiş müqavilədə bir-birinin ərazi bütövlüyünü və sərhədlərin pozulmazlığını tanıyıblar. Və bu gün bu sənəd həm Ermənistan, həm də Azərbaycan qanunvericiliyinin bir hissəsidir. Bu, ikitərəfli səviyyədə də ifadə olunmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdur”. “Biz dəfələrlə onu da demişik ki, Qarabağ məsələsi bizim üçün ərazi məsələsi deyil. Bu mənada bizim üçün Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları xüsusi əhəmiyyət kəsb edir” (Bu zaman Qriqoryan Qarabağın statusu müəyyən edilmədən Azərbaycanla sülh sazişinin imzalanmasını istisna etməyib)...
Yəni belə çıxır, Ermənistanın Azərbaycana həm ərazi iddiası yoxdur, həm də var. Lakin rəsmi Bakı hələ ki bu ikibaşlı fikirlərə reaksiya bildirməyib. Susqunluq razılıq əlamətidirmi? Paşinyan hökuməti Azərbaycanın sülhlə bağlı “Yol xəritəsi”ni qəbul edir, ya yox? İrəvan sülhə doğru irəliləyir, yoxsa yeni müharibəyə?
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli suallarımıza belə cavab verdi: “Rəsmi Bakı hazırda İrəvanın mövqelərinin düz olmaması ilə bağlı həqiqəti qəbul edir. Bu mənada ki, Paşinyanın növbəti dəfə düşüncələrini görür. Onun Rusiya, ABŞ və Fransa arasında manipulyasiya etməsi, Brüssel razılaşmalarındən yayınması, həmin beş faktı cəmiyyətə sırıması çox bezdirici və konkret zamana hesablanmış addımlardır. Hesab edirlər ki, bununla status-kvonu qoruyub saxlaya bilərlər. Hansısa qlobal və regional dəyişiklik fonunda münasibətləri öz xeyirlərinə çevirə bilərlər. Məsələnin əsl mahiyyəti budur. Amma Ermənistan tərəfindən əməli deyil, yalnız bəyanat xarakterli verilən açıqlamalar heç bir önəmli rol oynamır. Azərbaycanın bu məsələdə heç bir tərəddüdü yoxdur. Əsas hədəfimiz alternativ Laçın dəhlizinin işə düşməsi ilə əlaqədardır. Ondan sonra hərbi, iqtisadi və digər resurslar Azərbaycan tərəfə keçəcək. Heç bir halda Azərbaycan tərəfi bu həqiqəti gözardı etmir. Hazırda Laçın dəhlizinin açılmasını gözləyirik”.
Politoloq Züriyə Qarayeva Rusiya tərəfinin müharibə istəmədiyini düşünür: “İrəvan hələ də 10 noyabr bəyanatının maddələrini icra etməmə ritorikasına sadiqlik nümayiş etdirir. Dəyişilməyən bir ritorika da ondan ibarətdir ki, Ermənistan münaqişədə tərəf olmadığını, Azərbaycanın mübarizəni Qarabağdakı separatçılarla aparmalı olduğunu göstərməyə çalışır. Bu anlamda məsuliyyəti həm də Rusiyanın çiyinlərinə yükləyir. Nəticə isə ondan ibarətdir ki, Qarabağda separatçılar durmadan silahlanır, İrəvan Brüssel razılaşmasını qəbul edən və sülhə razı olan tərəf kimi görünməyə çalışır, Moskva isə bölgədə ona ehtiyac olduğunu daha qabarıq nümayiş etdirir. Əlbəttə ki, Rusiya tərəfi bölgədə ən azından indiki durumunda (Ukrayna ilə savaş) müharibənin yenidən təkrarlanmasını istəmir və blokada vəziyyətindən çıxmaq üçün sakitliyin bərqərar olmasından və yaxın gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsindən yanadır. Lakin bu o demək deyil ki, münaqişə ocağının da tamamilə aradan qalxmasını istəyir. Bunun baş verməsi şimal qonşumuzun 200 illik bölgə planlarını alt-üst edə bilər. Bakı isə status - kvo-nun saxlanmasından narahatdır və hələ ki diplomatik cəbhədə uğurlar qazanmağa davam edir. Ordu sistemi yenidən qurulur və türk hərbi sisteminə inteqrasiya olunur, bu həm də NATO-ya inteqrasiya deməkdir. Digər tərəfdən, regionda enerji diversifikasiyalaşması tələbinin real oyunçusuna çevrilir. Aİ-yə enerji satışını artırmaqla İrəvanın mövqeyini dəstəkləyən qüvvələri oyundankənar vəziyyətə salır. Üstəlik, Laçın dəhlizinə alternativ yolun çəkilməsi Azərbaycanın hazırkı gözləmə mövqeyini anlamağımıza yetərlidir. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, yeni yolun işlək vəziyyətə düşməsindən sonra da Paşinyan məlum yanaşmasına davam etsə, dəmir yumruğu ən müasir standartlarla başında hiss edəcək”.
Siyasi analitik Asif Nərimanlı isə bunları dedi: “Qriqoryan bundan öncə də buna bənzər fikirlər səsləndirmişdi, burada yeni məqam ”Qarabağın statusu" müəyyən edilmədən sülh sazişinin imzalanmasına dair dedikləridir. Regional şərtlər Ermənistanı Bakının təqdim etdiyi gündəliyə uyğun sülh sazişinə məcbur edir, xüsusilə bütün beynəlxalq oyunçular, istər Rusiya olsun, istərsə də Qərb ölkələri, bu məsələdə Azərbaycanın mövqeyini qəbul ediblər, yaxud buna məcbur olublar. Digər tərəfdən, Paşinyan hakimiyyətinin ölkənin gələcəyinə dair planları da bu zərurəti artırır. Bundan öncə “Qarabağ münaqişəsinin həlli” iddiasını sülh sazişinin prinsiplərinə daxil etməyə çalışan İrəvanın indi mövqeyinə korrektə etməsi də şərtlərin bunu diktə etməsindən irəli gəlir. Lakin burada açar məsələ Ermənistanın “Qarabağı ərazi yox, hüquqi məsələ” adlandırmasıdır. Paşinyan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həm də ərazi iddiasını “Qarabağda etnik ermənilərin hüquq və təhlükəsizliyi” üzərindən saxlamağa çalışır. Yəni “hüquqi məsələ” kimi təqdim etməsi imkan verə bilər ki, sülh sazişi imzalansa da, Qarabağla bağlı məsələ gündəmdə qalsın. Bu, bölgədə sülhməramlı missiya ilə təmsil olunan Rusiyanın da istəyindən irəli gəlir. Bakı bunu anlayır, susması da o deməkdir ki, Qarabağ Azərbaycanın daxili məsələsidir və bundan sonra ikinci bir ölkə ilə müzakirə etmək niyyətində deyil. Çünki rəsmi Bakı hazırda Ermənistanla sülh sazişini imzalamaq, Azərbaycana qarşı ərazi iddialarını de-yure sıradan çıxarmaq, sərhəd və kommunikasiyanın açılmasına nail olmaq istəyir, Qarabağdakı separatçı-terrorçuları isə daxili məsələmiz kimi sonrakı mərhələyə saxlayır. Sülh sazişi imkanı Qarabağın daxili məsələmiz olduğu reallığının qəbul edilməsini daha da gücləndirəcək. İrəvanın “hüquqi məsələ” adlandırdığı məqama gəlincə, Qarabağdakı ermənilərin təhlükəsizliyi və hüquqları Azərbaycandakı bütün xalqlar kimi qorunacaq və onlara yalnız Azərbaycan vətəndaşlığı ilə yaşamaq hüququ veriləcək. Bu şərtlərin gücləndirilməsi üçün sərhəd, kommunikasiya və sülh sazişinə nail olunmalıdır. Qriqoryanın “yol xəritəsi” adlandırdığı istiqamətlər isə təkcə Bakının yox, regiondakı bütün oyunçuların istəyidir və bunu qəbul etməlidirlər. Lakin həm sərhəd, həm kommunikasiya məsələsində Ermənistanın öz istəkləri var və prosesi uzatmalarının səbəbi də bu istəklərinə bu və ya digər formada nail olmaqdır. Bu, Ermənistanın sülhə hazır olması kimi görünə bilər, amma heç bir praktiki addım atmamaları imitasiya etdiklərini təsdiqləyir, müharibədən ötən iki ilə yaxın müddət də göstərdi ki, İrəvanı praktiki addımlara məcbur etməyin yeganə yolu hərbi müstəvidə müəyyən addımların atılmasıdır. Bu baxımdan, kiçikçaplı eskalasiyaların da şahidi ola bilərik".
“Yeni Müsavat"
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2022, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər