reklam
Regionxeberlericom.az » Siyasət » Pelosinin Tayvana səfəri ABŞ və Çini qarşı-qarşıya gətirdi

reklam

Pelosinin Tayvana səfəri ABŞ və Çini qarşı-qarşıya gətirdi

















ABŞ Nümayəndələr Palatasınının sədri Nensi Pelosinin Tayvana səfər etməklə bağlı olan planı ABŞ və Çin arasında gərginliyə səbəb olub.

Pelosinin sözügedən səfər planı rəsmi Pekin tərəfindən sərt etirazla qarşılanıb.

Çinin Xarici İşlər Nazirliyi Pelosinin Tayvana gələcəyi təqdirdə Çin ordusunun boş dayanmayacağını, ölkənin torpaq bütövlüyü və suverenliyi üçün sərt tədbirlər alınacağını və amerikalı xanım diplomatın bu səfər planının yolverilməz olduğunu bildirib. 

ABŞ tərəfindən isə sözügedən səfərin Çinin torpaq bütünlüyü və suverenliyi üçün heç bir problem təşkil etmədiyi qeyd olunub. 

Tayvan mətbuatında Pelosinin 2 avqust tarixində Tayvana səfər edəcəyi ilə bağlı məlumat verilib.

Nensi Pelosinin daha əvvəl planlaşdırılan Asiya ziyarəti proqramında Sinqapur, Malaziya Yaponiya və Cənubi Koreya kimi ölkələr olduğu halda, Tayvan siyahıda qeyd edilməyib.

Qeyd edək ki, ABŞ Nümanyəndələr Palatasının sədri Nensi Pelonsi Çinə qarşı çıxışları ilə tanınır.




Paylaş:


Müəllif : Tarix:
2-08-2022, 13:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər