reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan Rusiyanın müttəfiqi qismində vacib rol oynayır - "Nezavisimaya qazeta"

reklam

Azərbaycan Rusiyanın müttəfiqi qismində vacib rol oynayır - "Nezavisimaya qazeta"


Azərbaycan Rusiyanın müttəfiqləri arasında başlıca yerlərdən birini tutur.

Regionxeberlericom.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə rusiyalı politoloq Aleksandr Karavayevin "Nezavisimaya qazeta"da dərc olunan məqaləsində deyilir.

O vurğulayır ki, Rusiya-Azərbaycan dialoquna xüsusi dərinlik verən ən mühüm amil Prezident Vladimir Putin və Prezident İlham Əliyev kimi liderlərin mövcudluğudur.

“Rusiya Prezidenti, Qarabağ münaqişəsi ətrafında çətinliklərə baxmayaraq, ikitərəfli münasibətlərin bütövlüyünü qoruyub saxlaya bildi və bu gün gördüyümüz kimi, bu məsələ Azərbaycanın və regionun bütün sakinlərinin, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının maraqlarına uyğun həllinə yaxındır. Azərbaycan Prezidentinə gəlincə, o, hələ sovet dövründə struktur olaraq formalaşmış ümumi məkanın ən məhsuldar, müsbət xüsusiyyətlərini nəinki qoruyub saxlamağa, hətta inkişaf etdirməyə də nail oldu.

Söhbət, xüsusilə Azərbaycanda orta məktəblərdə və ali təhsil müəssisələrində rus dilində təhsilin qorunub saxlanmasından gedir. Bütün postsovet regionunda rusdilli informasiya və mədəni məkanın azalması tendensiyası nəzərə alınsa, bu, kifayət qədər vacib cəhətdir”, - müəllif yazır.

Məqalədə qeyd olunur ki, son illər prezidentlər arasında kommunikasiyanın vacibliyi haqqında çox danışılır.

“İki güclü, iradəli siyasətçinin açıq dialoqa bacarığı və hazırlığı hər mənada ikitərəfli əməkdaşlığın strukturunu gücləndirir

Prezident Vladimir Putin və Prezident İlham Əliyev keşməkeşli dövrümüzdə optimal həll yollarını tapmağı bacaran iki xarizmatik siyasətçi arasında sabit dialoqu təmin edən nadir siyasi liderlər tandemidir. İki prezidentin qarşılıqlı fəaliyyəti Qarabağ probleminin həllində əsas rol oynayıb və bu, 2020-ci il noyabrın 10-da Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmanın ədalətli prinsiplərini həyata keçirən iki liderin tam yekdilliyində öz əksini tapıb” - məqalədə deyilir.

A.Karavayev qeyd edir ki, Moskvadakı erməni təbliğatının ruporları iki ölkənin müttəfiq qarşılıqlı fəaliyyətinə qarşı informasiya təxribatı həyata keçirməkdə davam edir və Azərbaycan Rusiya hakimiyyətinin diqqətini bu məsələyə tez-tez cəlb edir.

“Ermənipərəst jurnalistlərin və təbliğatçıların Ermənistanın ictimai rəyində revanşist əhval-ruhiyyə oyatmaq cəhdləri kimi, bu, ilk növbədə Rusiyanın regional təhlükəsizlik sistemi və dayanıqlı, sabit sülh qurmaq missiyasını təhdid edir”, - müəllif yazır.

Zəngəzur dəhlizinə gəlincə, A.Karavayev yazır ki, bu marşrut təkcə regionda sosial və iqtisadi fəallığı stimullaşdırmayacaq, həm də Rusiyadan Fars körfəzinə qədər əlavə “böyük tranzit” kanalı təmin edəcək.




Paylaş:


Müəllif : Tarix:
4-08-2022, 11:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər