reklam
Regionxeberlericom.az » Siyasət » "Ermənistan vəziyyətin ciddiliyini anladı" - HƏQİQƏTƏN DƏ...

reklam

"Ermənistan vəziyyətin ciddiliyini anladı" - HƏQİQƏTƏN DƏ...

“Azərbaycan hərbi əməliyyatları bərpa etməklə Rusiyanın, Amerika da Çinin olan-qalan xarizmasının üstündən xətt çəkdi”. Bunu “Şərq”ə politoloq Azər Qasımov deyib. Ekspert bildirib ki, Azərbaycan bir daha sübut etdi ki, öz torpaqlarında ikinci erməni dövləti yaratmaq istəyənlərin və bunu öz geosiyasi maraqları üçün istifadə edənlərin heç birindən çəkinmir: “Ermənistan adlı dövlət artıq kimsədən ümid gözləyə bilməyəcəyini bir daha anladı. Onlar hesab edirdilər ki, rus sülhməramlıların yerləşdiyi əraziyə Azərbaycan Ordusu hücum etməyə cəhd edə bilməz. Amma gördülər ki, bu, belə deyil. Azərbaycan dövləti kimsədən çəkinmir. Məsləhət bildiyi anda bunu etdi. Ermənilərlə danışıq aparmağın faydasız olduğunu hər zaman qeyd etmişdik. Onlar ancaq güc dilindən anlayır. Artıq hesab etmək olar ki, Ermənistan vəziyyətin ciddiliyini anladı. Rusiyanın reaksiyası burda əhəmiyyətli olmayacaq. Rusiya da gördü ki, Azərbaycan kimsəyə baxmadan əməliyyat keçirir. Ona görə də adi bəyanatla kifayətlənəcək. Eyni zamanda, pərdəarxası oyunların nəticə verməyəcəyini anladılar. Əminliklə demək olar ki, bundan sonra məsələ tezliklə həll olunma yoluna qədəm qoyacaq”.




Paylaş:


Müəllif : Tarix:
4-08-2022, 11:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər