“QİSAS”dan sonra Ermənistanda DAXİLİ ÇAXNAŞMALAR
“Qisas” əməliyyatının davam etməsi Azərbaycan tərəfindən asılı deyil. İlk növbədə, 10 Noyabr bəyannaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetrilib-yetrilməməsi məsələsi gündəmdədir”. Bu sözləri Publika.az-a açıqlayan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, rəsmi Bakı əsasən qanunsuz erməni silahli birləşmələrinin ərazimizdən çıxarılmasını, eləcə də Laçın rayonunun və dəhlizin boşaldılmasını tələb edir:
“Əgər İrəvan hakimiyyəti bu tələbləri yerinə yetirərsə, hərbi əməliyyatlar dayandıra bilər. Yaxud, bunun əksi baş verərsə, yəni ermənilər yenə də şərtləri yerinə yetirməkdən imtina edərlərsə, “Qisas” əməliyyatının davamı olacaq”.
Ekspert bildirdi ki, "Qisas" əməliyyatı həm Ermənistanın daxilində, həm də separatçı qurumun nəzarətində olan ərazilərdə müəyyən çaxnaşmaya səbəb olacaq:
“Çox güman ki, yaxın günlərdə ölkə daxilində Rusiya əleyhinə irimiqyaslı mitinqlərə və nümayişlərə şahidlik edəcəyik. Rusiya tərəfindən dəstəklənən müxalifət isə son hadisələrdən öz məqsədləri üçün Paşinyan komandasına qarşı istifadə etməyə calışacaq”.
Qeyd edək ki, Ermənistan daxilindəki revanşist qüvvələr artıq sosial şəbəkələrdə baş nazir Nikol Paşinyanın istefası tələbini səsləndirməyə başlayıblar. Ə.Verdiyev, bunun normal hal olduğunu diqqətə çatdırdı:
“Həmişə belə olub. Burada başqa bir məsələ də var. Yalnız Nikol Paşinyanın istefası deyil, həm də Rusiya hərbi bazasını ölkədən çıxarılması tələbləri də səslənməyə başlayıb. Ermənistanda kimin hakimiyyətdə olmasının bizimçün fərq etməz. Amma hərbi bazanın qalıb-qalmaması məsələsi bizim üçün böyük məna kəsb edir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2022, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər