ABŞ Senatından Azərbaycana qarşı növbəti demarş - Bakıdan sərt təpki gəldi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez Azərbaycanın “Qisas” əməliyyatı ilə bağlı bəyanatla çıxış edib və “Artsaxa qarşı Azərbaycanın təcavüzkar hərəkətlərini” pisləyib. “Azərbaycanın Dağlıq Qarabağda ölüm saçan hücumları təkcə atəşkəs rejiminin pozulması deyil, həm də Bakının onun seçdiyi son təcavüz modelinin qəbuledilməz davamıdır. Azərbaycan qüvvələri regionu tərk etməli və Dağlıq Qarabağ xalqına qarşı hərbi əməliyyatları dayandırmalıdır”, - deyə Menendez Twitter səhifəsində yazıb.
Arvadı erməni olan (Nadin Arslanyan) Menendez, görəsən, hansı “təcavüz”dən danışır? Hansı “Dağlıq Qarabağ xalqı”, hansı “Artsax dövlətinin ərazisi”? Azərbaycan özü-özünəmi təcavüz edib?
Məlumdur ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın 4-cü bəndində erməni silahlı birləşmələrinin bölgədən çıxarılması tələbi yer alıb, ABŞ Senatının komitə sədri isə Azərbaycandan tələb edir ki, qoşunlarını bölgədən çıxarsın. Azərbaycan öz ordusunu öz qanuni ərazisindənmi çıxarmalıdır? Halbuki BMT Nizamnaməsində deyilir ki, istənilən dövlət xarici işğala qarşı öz ərazi bütövlüyünü təkbaşına və ya digər ölkələrlə qorumaq hüququna malikdir.
Yada salaq ki, keçən həftə ABŞ Senatı minatəmizləmə bəhanəsi ilə mövcud olmayan “Dağlıq Qarabağ”a 2023-cü il üçün 2 milyon dollar yardım nəzərdə tutan düzəlişi qəbul edib. Senat, bütövlükdə Konqres qardaş Türkiyə əleyhinə də vaxtaşırı qərar və düzəlişlər qəbul edir. Bəs ermənidən çox ermənilik edən senator və konqresmenlər Azərbaycandan, Türkiyədən nə istəyirlər: belə de-marşlara qarşı cavabımız nə olmalıdır? Dia.az xəbər verir ki, politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Doğrudan da heyrətedici faktdır - insanlar məlum hadisənin anatomiyasını öyrənmədən, heç bir bilgisi olmadan ABŞ kimi böyük bir dövlətin konqresinə necə gəlib çıxıblar? Onlar necə qərəzli şəkildə tarixi faktları, real gerçəkləri saxtalaşdıran bəyanatlara çıxış edirlər? Həmin adam ”artsax" dediyi məsələnin kökünü araşdırmayıb. ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü kimi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələrə səs verib. Üstəlik, həm ATƏT üzvü kimi, həm də bir sıra iri beynəlxalq təşkilatların tərkibində olan bir dövlət kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi hansısa bir öz işinin kamil ustası olmayan, bundan başqa da üstəlik arvadının milli mənsubiyyətinin kölgəsinə qısılaraq, dövlətlərarası münasibətləri zədələyə biləcək bəyanatlar verməsi çox abırsız, həyasız hərəkətdir. Bu cür bəyanatlar verən senat və konqresmenlər başa düşməlidir ki, onların bütöv bir xalqa, həmçinin Türkiyəni də nəzərə alsaq, böyük türk toplumuna qarşı həyasız və əsassız iddialarla çıxış etməsi dövlətlərarası mürəkkəbləşməyə səbəb olur. Bu cür ağılsız və səriştəsiz insanların Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirməsi həddindən artıq mənfur hadisədir. Hesab edirəm ki, Azərbaycan dövləti bu cür adamlarla bağlı ABŞ-ın strukturlarına etiraz etməli, nota da olmasa, bir xatırlatma ilə onların bu hərəkətlərinin əsassız olduğunu sübut etməlidir. Lobbiçilik adı altında istənilən dövlətin əleyhinə istənilən fikir söyləmək mümkündürsə, onda mən də deyə bilərəm ki, ABŞ dövləti yaranarkən yerli əhaliyə divan tutulub, 80 min insan qəddarcasına qətlə yetirilib. Yəni bizim də söyləməyə kifayət qədər sözümüz var. Azərbaycan beynəlxalq hüquqlara uyğun hərəkətlər edir, müəyyən faşist ideologiyasına məruz qalmış millətin çılğın iddialarına əhəmiyyət vermir".
Ekspert Asim Mollazadə isə qeyd edib: “Robert Menendez ABŞ-dakı zəngin erməni lobbiçiliyi ilə məşğuldur. Onun bir çox bəyanatları məhz bu əlaqələrə arxalanıb. Beləliklə də onun maraqları əsasən erməni lobbiçiliyinin maraqlarını əks etdirir, nəinki ABŞ-ın.
Düşünürəm ki, ABŞ-ın uzun illərdir ki, tərəfdaşı olan Azərbaycana qarşı bu hücumlar məhz Amerikanın milli təhlükəsizlik maraqlarına qarşıdır. Yəni Ermənistanın maraqlarının bu cür sərt şəkildə müdafiə edilməsi əslində ABŞ-ın dövlət maraqlarına ziddir. O ki qaldı Azərbaycana qarşı dəfələrlə bu cür bəyanatların səslənməsinə, bunun əsas səbəbi Amerikada lobbiçilik fəaliyyətinin qanuni fəaliyyət olması ilə bağlıdır. Bunun nəticəsində Amerika çox vaxt bu cür hallarla rastlaşır, yəni Amerikanın maraqları deyil, hansısa lobbilərin maraqları əks olunur.
Azərbaycan tərəfi buna cavab olaraq bildirməlidir ki, məlum bəyanat yalan və iftiradır, Azərbaycana bu cür hücumlar ABŞ-ın dövlət maraqlarına qarşıdır. Hamımız bilirik ki, bu problem uzun illərdir ki, davam edir. Yəni uzun illər görmüşük ki, Senatdakı bəzi üzvlər məhz erməni təşkilatlarının təmsilçiləri kimi danışırlar".
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2022, 11:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər