Azərbaycan-İran sərhədində GƏRGİN ANLAR: saxlanılanlar var - FOTO
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.
Həmin ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə “tiryək”ə bənzər maddə və 1 ədəd “PULSAR HELİON 2” markalı termal gecəgörmə cihazı aşkar olunaraq götürülüb.
Avqust ayının 5-də saat 22:30-da Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, ərazi qapadılaraq sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılıb.
Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 23:00 radələrində Astara rayonunun Qapıçıməhəllə kəndi ərzisində“Mercedes-Benz” markalı 10 UD 091 dövlət nömrə nişanlı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmış 1 ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.
Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5780 qram psixotrop tərkibli “metamfetamin” həbləri və 695 qram “marixuana”ya bənzər narkotik maddə aşkar olunaraq götürülüb. İlqar Mamedovun saxlanılmasını görən avtomobilin sürücüsü sərhəd naryadının qanuni tələblərinə tabesizlik göstərərək yüksək surətlə ərazidən uzaqlaşıb.
Hadisə yerindən qaçmış avtomobilin saxlanılması ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə məlumat verilib, nəticədə Masallı rayonu ərazisində DİN BDYP əməkdaşları tərəfindən avtomobilin sürücüsü saxlanılıb. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilib.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2022, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər