reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gəldi - Yenilənib

reklam

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gəldi - Yenilənib

















Senator Ed Markinin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti iki günlük səfər üçün Tayvana gəlib.

Adanın Xarici İşlər Nazirliyinin məlumatına görə, nümayəndə heyətinin tərkibinə Amerikanın hər iki əsas partiyasını təmsil edən beş siyasətçi daxildir.

Bildirilib ki, səfər zamanı nümayəndə heyətinin üzvləri Tayvanın Baş Qərargah rəisi Tsay İnq-ven ilə görüşəcək, xarici işlər naziri Cozef Vunun verdiyi ziyafətdə iştirak edəcək, parlament nümayəndələri ilə görüş keçirəcəklər.

Nümayəndə heyətinin tərkibində konqresmenlər Con Qaramendi, Alan Lovental, Don Byer və Amata Radevagen var.

***16:30

ABŞ Konqresinin nümayəndə heyəti avqustun 14-15-də Tayvana səfər edəcək.

Bu barədə Tayvandakı ABŞ səfirliyi tərəfindən bildirilib.

Səfirliyin yaydığı məlumata görə, senator Ed Markinin rəhbərlik etdiyi qanunvericilər Hind-Sakit okean regionuna səfəri çərçivəsində adaya səfər edəcəklər. Bildirilib ki, onlar Taypey administrasiyasının nümayəndələri ilə ikitərəfli əlaqələr, regional təhlükəsizlik və qlobal təchizat zəncirlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Nensi Pelosi və onunla birlikdə keçən həftə 5 nəfərlik konqres heyətinin Tayvana səfəri Pekinin reaksiyasına səbəb olub. Belə ki, sözügedən səfərdən sonra gərginləşən Çin-Tayvan münasibətləri qarşıdurma səviyyəsinə çatıb. Bölgədəki təlimlərini artıran Çin ordusu adanın şimal, cənub-qərb və şərq sahillərində quru və hava hücumu imkanlarının sınaqdan keçirildiyini açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
14-08-2022, 19:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər