Rəisi kimi hədələyir? - İran yenidən Ermənistan sərhədlərini müdafiə etmək qərarına gəlib
“İran regionda coğrafi sərhədlərin dəyişdirilməsi ilə qəti şəkildə razılaşmayacaq”. İran prezidentinin administrasiyası xəbər verir ki, bunu prezident İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.
Rəisi iki ölkəni bir-biri ilə tarixi və dərin əlaqələr bağladığını qeyd edərək, Tehranla İrəvan arasında daimi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra İslam Respublikasının prezidenti son günlər Qafqaz regionunda müşahidə olunan gərginliyə toxunub.
“Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasının ən yaxşı yolu atəşin dayandırılması barədə üçtərəfli bəyannamə imzalayan ölkələrin sazişin müddəalarına hörmətlə yanaşması və qalan problemləri dialoq və diplomatik vasitələrlə həll etməsidir. İran heç bir halda regionda coğrafi sərhədlərin dəyişdirilməsini qəbul etmir”, – deyə İbrahim Rəisi bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı “son günlər Azərbaycanla gərginləşən vəziyyətlə bağlı” ətraflı məlumat verib.
Paşinyan Tehran-İrəvan münasibətlərinin inkişafından da məmnunluğunu bildirib.
Onun sözlərinə görə, İrəvan iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yollar və energetika sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.
Burada ən maraqlı məqam İran prezidentinin konkret nə demək istədiyi ilə bağlıdır? O, hansı sərhəd dəyişikliyindən danışır? Sərhəd dəyişikliyini kim istəyir? Tehran doğrudanmı hesab edir ki, Azərbaycan Ermənistanın Sünik bölgəsini, Zəngəzuru ələ keçirməyi planlaşdırır? Yoxsa bu, başqasına xəbərdarlıqdır? Amma kimə?
Bəlkə Rəisinin bu çıxışı “Azadlıq” radiosunun erməni xidmətinin Meğri şəhərinin hakimiyyət orqanlarına istinadla verdiyi son xəbərlə bağlıdır? Orada deyilir ki, Rusiya sərhədçiləri bir müddət əvvəl Sünik bölgəsinin yollarında, Meğridən Aqarağ, Şvanidzor, Alvank, Nrnadzor istiqamətinə gedən yollarda beş modul keçid-buraxılış məntəqəsi quraşdırıblar.
Bu mənbələrə görə, Rusiya FTX-nin sərhədçiləri bütün vətəndaşları və nəqliyyat vasitələrini saxlayıb yoxlayır və yalnız bundan sonra onların hərəkətinə icazə verirlər. Bundan əvvəl Rusiya sərhədçiləri yalnız İranla sərhədə nəzarət edirdilər.
Ermənistandakı bir sıra siyasi qüvvələr rus sərhədçilərinin bu yola nəzarət etməsi xəbərini yolun Zəngəzur dəhlizi çərçivəsində Azərbaycana təhvil verilməsinə hazırlıq kimi qiymətləndiriblər.
Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:
– Burada çoxlu suallar ortaya çıxır. İran prezidenti bunun mətbuata çıxacağını bilə-bilə niyə belə bir bəyanat verib? Düşünürəm ki, bu, əvvəlcədən razılaşdırılıb, əks halda Rəisinin bu sözləri ictimaiyyətə açıqlanmazdı. Və çox güman ki, bu, Azərbaycana ünvanlanmayıb. Düşünürəm ki, bu mesaj ilk növbədə Ərdoğanın Putinlə Soçi görüşündən sonra Rusiya və ya Türkiyəyə ünvanlanıb. Soçi görüşündən sonra Rusiyanın liberal dairələrində belə şərhlər yayılmağa başlayıb ki, guya Türkiyə lideri Rusiyanı üstələyib, Putin Türkiyədən dəstək müqabilində Cənubi Qafqaz və Suriyada mövqelərini təhvil verir.
Biz Türkiyə rəsmilərinin Rusiyaya qarşı bir sıra yumşaq bəyanatlar səsləndirdiyinin şahidi olduq və mümkündür ki, bunu rəhbər tutan iranlılar indi Rusiyanın Türkiyəyə müəyyən güzəştlərə gedəcəyini düşünürlər. Bu, ilk növbədə Zəngəzur dəhlizinin açılması qorxusu ilə bağlıdır. Və ola bilsin ki, Rusiya sərhədçilərinin Meğridəki sərhəd məntəqələrini nəzarətə götürməsi İranda narazılığa səbəb olub. Axı İranın Rusiya ilə əməkdaşlığı və tərəfdaşlığı çox şərtlidir. Mən həmişə bunu demişəm. Hətta Suriyada onların öz aralarında o qədər dərin ziddiyyətləri var ki, Rusiya İsrail təyyarələrinə orada yerləşən İran hərbi obyektlərini və İranpərəst qüvvələrə məxsus bazaları bombalamağa icazə verir. Yəni, bəlkə də ilk növbədə regionda gedən prosesləri bu cür qavraması Tehranın Moskvaya inamsızlığını artırır. İkincisi isə Tehran hesab edir ki, Ankara ilə Moskva arasında Türkiyənin bölgəyə buraxılması ilə bağlı hansısa gizli razılaşması var.
Məncə bütün bunlar bir qədər şişirdilib. İlk növbədə, Rusiya bir çox sahələrdə kifayət qədər mürəkkəb geosiyasi oyun oynayır və mən Rusiyanın istər Suriyada, istərsə də Cənubi Qafqazda Türkiyəyə hər hansı güzəştə gedəcəyini düşünmək fikrindən uzağam. Çünki Cənubi Qafqazın itirilməsi Moskva üçün Stavropola qədər bütün torpaqların, yəni eyni zamanda Şimali Qafqazın itirilməsi demək olacaq.
İran anlayır ki, bu gün Rusiya Federasiyası üçün Tehranla razılıqdansa, Ankara ilə razılığa gəlmək daha vacibdir. Çünki Ankara da Moskva ilə ikili-üçlü oyun oynayır. Yəni demək istəyirəm ki, bu, Türkiyədən çox Rusiyaya mesajıdır. Rusiya FTX qoşunlarının Ermənistanda hərəkəti, yeni sərhəd məntəqələrini nəzarətə götürməsi Tehranın sonda Rusiya Federasiyasının Zəngəzur dəhlizinin açılmasına razılıq verə biləcəyindən ehtiyatlanmasına səbəb olur. İran bunu istəmir – Xamneyi Putin və Ərdoğanın Tehrana səfəri zamanı açıq şəkildə bildirmişdi. Rəisi isə daha da irəli gedərək bunu daha sərt formada təkrarlayır.
Amma tutaq ki, İran bunu istəmir. Deyək ki, həqiqətən də regionda sərhədlərə bəzi dəyişikliklər edilməsi güman edilir (baxmayaraq ki, mən bunu tamamilə qəbuledilməz və qeyri-mümkün hesab edirəm, çünki Ermənistan müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi qəbul edilir) – amma bu halda belə, Tehranın fikri sonuncu olaraq soruşulacaq. Belə bir şey olarsa, çətin ki, kimsə İranla hesablaşsın. Baxmayaraq ki, bunun baş verəcəyini düşünmürəm.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-08-2022, 10:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər