Ersin Tatar: "Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilər" - Video
Şimali Kipr Türk Respublikasının (Azərbaycanda tanınmır - red.) Prezidenti Ersin Tatar ilə və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşmə ŞKTR-nin müstəqil dövlət kimi tanınma prosesini yenidən gündəmə gətirib.
E.Tatar həm tanınma prosesi, həm də İlham Əliyevlə görüşü barədə “Ulusal Kanal”a danışıb.
O bildirib ki, qarşıdakı günlərdə tanınma baş tuta bilər:
“Biz hər zaman bir millət - 3 dövlət deyirik. Tanınma bir müddət sonra gələ bilər. Azərbaycanın da Avropa İttifaqı ilə münasibətləri var. Plan Avropa üzərindən Azərbaycanı qorxutmaqdır. Və elə də olacağını düşünürlər. Amma cənab İlham Əliyev bizə göstərdiyi nəzakətlə bu oyunu pozdu. Dedi ki, "mən ŞKTR-nin başçısı ilə görüşərəm", görüşdü də. Bu da siyasətdə bir addımdır, bir mesajdır”.
E. Tatar Azərbaycana səfərinin gündəmə gələ biləcəyini də vurğulayıb:
“Gündəmə gələcək. Bu məsələ onsuz da danışıldı”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 9-da Türkiyə səfəri çərçivəsində Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2022, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər