“ABŞ Mərkəzi Asiyada hərbi baza yaratmağa cəhd edir” – Patruşev
Rusiya Tacikistanda Amerika təlimlərinin keçiriməsini Vaşinqtonun Mərkəzi Asiyada öz hərbi bazalarını yaratmaq cəhdlərinin davam etdirilməsi kimi qiymətləndirir.
Bu barədə Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞOS) ölkələrinin təhlükəsizlik üzrə sammitinin gedişində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
Xəbəri avqustun 19-da «Sputnik Tadjikistana» informasiya agentliyi yayıb.
Onun sözərinə görə, ABŞ-ın komandanlığı altında Tacikistan ərazisində keçirilən «Bölgəsel əməkdaşlıq-2022» Amerika hərbi infrastrukturunun Mərkəzi Asiya respublikalarında yaradılması üçün razılıq əldə olunması cəhdidir.
«Vaşinqton əvvəlki kimi, Əfqanıstanla qonşu ölkələrlə guya antiterror əməliyyatlarının keçirilməsi üçün müvəqqəti infrastrukturun yaradılmasından danışmaq cəhdlərindən əl çəkmir» - Patruşev deyib.
Onun fikrincə, bu təlimlərə belə istiqamətdə baxmağa dəyər, hansı ki, təlimlərdə Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Monqolustanın və Pakistanın hərbçiləri iştirak edirlər.
«ABŞ terrorçuluqla yalnız sözdə mübarizə aparır, özləri isə aktiv şəkildə terrorçu qruplaşmalardan geosiyasi məqsədlərə çatmaq üçün istifadə edirlər» - Patruşev əlavə edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2022, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər