İqtisadçı ekspert: "ABŞ-ın belə açıqlaması Türkiyəyə ciddi xəbərdarlıqdır"
"ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığı zamanı bildirib ki, Rusiyanın hüquqi və fiziki şəxsləri ABŞ və Qərbin sanksiyalarından yan keçmək üçün Türkiyədən istifadə etməyə çalışırlar. O Rusiyanın hüquqi və fiziki şəxslərinin ABŞ və 30 ölkənin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməyə çalışmasından narahatlığını ifadə edib".
Bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkə hesabında yazıb.
Qubad İbadoğlu yazıb ki, Türkiyə riskli siyasət qurub: "ABŞ-ın belə açıqlaması Türkiyəyə ciddi xəbərdarlıqdır, əgər nəzərə alınmazsa pis nəticələr doğura bilər, Türkiyə iqtisadiyyatı hazırkı durumunda Qərb sanskiyalarına qarşısında dayana bilməz. Odur ki, nəticə çıxarmaq lazımdır, xüsusilə də nəzərə alsaq ki, enerji daşıyıcılarına görə, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsində qarşı tərəf yüksək müsbət saldoya malikdir və belə ticarət Türkiyədən çox Rusiyanın işinə yarayır, rublu möhkəmlədir, lirəni zəiflədir".
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2022, 22:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər