reklam
Regionxeberlericom.az » Siyasət » "Nə qədər pul versələr də, Rusiyaya "Bayraktar" satmayacağıq"

reklam

"Nə qədər pul versələr də, Rusiyaya "Bayraktar" satmayacağıq"

















Türkiyənin “Baykar” müdafiə şirkəti “Bayraktar” pilotsuz uçuş aparatlarının Rusiyaya mümkün tədarükünü istisna edib.

Bunu şirkətin baş direktoru Haluk Bayraktar “BBC”nin rus xidmətinə müsahibəsində bildirib.

“Pul bizim üçün prioritet deyil. Pul və maddi resurslar bizim biznesimizdə heç vaxt məqsəd olmayıb. Ukrayna ilə dostluğumuz və əməkdaşlığımız uzun illərdir ki, davam edir. Ona görə də bizə nə qədər pul təklif etsələr də, düzünü desəm, bu vəziyyətdə onu onlara verməkdən (Rusiyaya PUA verməkdən - red.) söhbət gedə bilməz. Bu müddət ərzində bizim bütün dəstəyimiz tamamilə Ukraynanın tərəfindədir. Çünki bizim çox güclü əlaqəmiz var və Ukrayna çox ədalətsiz, aqressiv və əsassız hücuma məruz qalır. Ona görə də Ukrayna ilə əməkdaşlığımıza heç nə kölgə salmayacaq, nə qədər məbləğ təklif olunsa da, bizim bu məsələdə mövqeyimiz aydındır”, - Haluk Bayraktar deyib.





Paylaş:


Müəllif : Tarix:
26-08-2022, 15:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər