Şarl Mişel üçtərəfli formatda növbəti görüşün vaxtını açıqladı
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə məhsuldar müzakirələr aparılıb və sülh sazişi üzrə əsaslı işin aktivləşdirilməsinə dair razılıq əldə olunub”.
Bu barədə Mişelin Brüssel görüşündən sonra verdiyi bəyanatda deyilir.
Mişel bildirib ki, müzakirələrdə Cənubi Qafqazdakı mövcud vəziyyət və Brüssel ilə respublikalar arasında münasibətlər müzakirə olunub. Bəyanatda qeyd olunub ki, “fikir mübadiləsi açıq və məhsuldar olub” və iclasın gündəliyində duran bütün məsələlərə baxılıb.
İclasda tərəflərin xarici işlər nazirlərinə bir ay müddətində saziş layihəsinin mətninin müzakirəsi üçün görüş keçirmək tapşırılıb.
Bununla yanaşı, humanitar məsələlərin, o cümlədən minalardan təmizləmə mövzusu və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə aparılıb.
Əliyev, Mişel və Paşinyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəddə sabitliyin təmin edilməsi məsələlərini də müzakirə ediblər.
Tərəflər noyabrda növbəti üçtərəfli görüşün, həmçinin delimitasiya komissiyalarının iclasının Brüsseldə keçirilməsi barədə razılığa gəliblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:31-08-2022, 20:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər