"Si Cinpinin bu sözləri Putinə xəbərdarlıq mahiyyəti daşıyır"
"Çin hökuməti Qazaxıstanın ərazi bütövlüyünü dəstəyir".
RegionXəbərləricom.az eurasianet-ə istinadən xəbər veriri ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 14-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Qazaxıstanın paytaxtında dövlət səfərində olarkən deyib.
Nüfuzlu eurasianet.org saytının əməkdaşı Joanna Lillis onun belə bir açıqlamasını Rusiyaya xəbərdarlıq kimi şərh edib:
"Çin prezidenti Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün qonşu Özbəkistana səfərindən, dolayısı ilə orada Rusiya prezidenti Vladimir Putinlə üz-üzə görüşündən bir qədər əvvəl Qazaxıstanda bu cür bəyanatla çıxış etməsi, rəsmi Pekinin niyyət və bəyanını ortaya qoyub. Çin prezidenti Si Cinpin, Qazaxıstan ərazisinə hər hansı hücum olarsa Qazaxıstanın yanında olacaqlarını açıqlayıb. “Beynəlxalq vəziyyət nə qədər dəyişsə də, biz bundan sonra da Qazaxıstanın öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəyik” - Si Cinpin deyib. Qazaxıstanın ərazi bütövlüyünə ən açıq potensial təhlükənin şimal qonşusu Rusiyadan gələ biləcəyini nəzərə alsaq, Si Cinpinin sözlərinin Putinə yönəldiyini anlamaq olar. Onun bu sözləri bölgədə iki əsas geosiyasi oyunçudan biri olan Rusiyaya Mərkəzi Asiyaya qarışmamaqla bağlı bir xəbərdarlıq mahiyyəti daşıyır. Ukraynanın əks-hücumlarının Rusiya qüvvələrini geri çəkilməyə məcbur etməsindən sonra Putin Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə zəifləmiş halda gələcək".
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2022, 10:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər