reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya tərkibinə qatdığı Ukrayna ərazilərini nüvə silahı ilə "müdafiə edəcək"

reklam

Rusiya tərkibinə qatdığı Ukrayna ərazilərini nüvə silahı ilə "müdafiə edəcək"

















Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın ilhaq edilmiş Ukrayna ərazilərini müdafiə etmək üçün nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Rusiyanın baş diplomatı Nyu-Yorkda BMT Baş Assambleyası və dünya mediası qarşısında çıxış edərək, Rusiyanın işğal etdiyi Ukraynanın dörd şərq regionunu ilhaq etmək məqsədi daşıyan “referendumlar”ın pislənilməsi fonunda çıxış edib.

"Həmin referendumlardan sonra Rusiya təbii ki, uzun illər neonasist rejiminin sui-istifadələrindən əziyyət çəkən insanların iradəsinin ifadəsinə hörmətlə yanaşacaq", - deyə Lavrov Assambleyada çıxışından sonra mətbuat konfransında bildirib.

Rusiyanın Ukraynanın ilhaq edilmiş bölgələrini müdafiə etmək üçün nüvə silahından istifadə etmək üçün əsaslarının olub-olmayacağı ilə bağlı suala cavab olaraq Lavrov deyib ki, Rusiya ərazisi, o cümlədən gələcəkdə də Rusiya konstitusiyası əsasında buraya daxil ediləcək ərazilər dövlətin tam himayəsi altındadır.

“Rusiya Federasiyasının bütün qanunları, doktrinaları, konsepsiyaları və strategiyaları onun bütün ərazisinə şamil edilir, o cümlədən, nüvə silahından istifadə ilə bağlı doktrina”, - deyə Lavrov bildirib.

Rəsmi Kiyev isə sakinlərin səsverməyə məcbur edildiyini və dörd gün davam edən səsvermə zamanı Luqansk, Donetsk, Xerson və Zaporijjiya bölgələrini tərk etməyə icazə verilmədiyini açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
25-09-2022, 14:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər