Qazaxıstandan Ukraynadakı "referendum"a münasibət
“Qazaxıstan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və dinc yanaşı yaşamaq prinsiplərindən çıxış edir”.
“Report” “Zakon.kz”ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xeson əyalətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən “referendum”a münasibət bildirərkən deyib.
Aybek Smadiyarov qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT nizamnaməsinə əsaslanan beynəlxalq hüquq prinsipinə riayət olunmasının vacibliyini dəfələrlə açıq şəkildə bəyan edib. BMT-nin Nizamnaməsində vurğulanıb ki, üzv dövlətlər sülh və ərazi bütövlüyünə əməl olunmasını dəstəkləyirlər.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xeson əyalətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “referendum” keçirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-09-2022, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB