reklam
Regionxeberlericom.az » Siyasət » Conson yenidən Baş nazir olmaqdan imtina etdi - Səbəbini açıqladı

reklam

Conson yenidən Baş nazir olmaqdan imtina etdi - Səbəbini açıqladı

















Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı postlarına namizəd olmayacağını bildirib.

O, bu barədə oktyabrın 23-ü axşam yaydığı bəyanatda bildirib.

"Düşünürəm ki, 2024-cü ildə keçiriləcək seçkilərdə (ümumi) Mühafizəkarlar Partiyasını qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirilən seçkilərdə uğur qazanmağım və cümə günü (28 oktyabr - Red) "Downing Street"-ə qayıtmaq ehtimalın güclüdür. Amma son bir neçə gün ərzində təəssüf ki, sadəcə olaraq bunun səhv qərar olacağı qənaətinə gəldim”, - deyə B. Conson bildirib.

Conson həmçinin vurğulayıb ki, o, 102 Mühafizəkar deputatın dəstəyini ala bilib və rəsmi olaraq baş nazirliyə namizəd olmaq imkanı əldə edib. Eyni zamanda o, baş nazirliyə digər namizədlərlə - Maliyyə Nazirliyinin keçmiş rəhbəri Rişi Sunak və Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Penni Mordauntla əlaqə saxladığını bildirib. Consonun sözlərinə görə, o, milli maraqlar çərçivəsində birgə iş barədə razılığa gəlmək istəyib, lakin tərəflər ortaq məxrəcə gələ bilməyib.

"Ona görə də qorxuram ki, ən yaxşı seçim məni namizəd göstərməmək və son qalibə dəstək göstərmək olardı. İnanıram ki, təklif edəcəyim çox şey var, amma qorxuram ki, bu, sadəcə olaraq, doğru zaman deyil", - deyə Conson bildirib.

Xatırladaq ki, sabiq Baş nazir Dominikan Respublikasında tətilini yarıda kəsərək şənbə günü Böyük Britaniyaya qayıtmışdı.




Paylaş:


Müəllif : Tarix:
24-10-2022, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər