reklam
Regionxeberlericom.az » Siyasət » Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - ZİBİLƏ DÜŞMÜŞÜK...

reklam

Anti-Azərbaycan xoruna “Rossiya-24” də qoşulub - ZİBİLƏ DÜŞMÜŞÜK...


Rusiya mediasının Azərbaycana qarşı təxribatları davam edir.


Regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, “Birinci kanal” və “Komsomolskaya Pravda“ qəzetindən sonra anti-Azərbaycan təxribatı “marafonu”na bu dəfə “Rossiya-24” xəbər kanalı qoşulub.


Kanalın efirində gedən 4 dəqiqəlik süjetdə yenə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Vaşinqton sənədi müzakirəyə çıxarılıb. Və yenə erməni əsilli ekspertlərin iştirakı ilə. Bu dəfə erməni əsilli rusiyalı ekspert Semyon Baqdasarov (yan) və İrəvandan olan siyasi şərhçi Ayk Xalatyanın iştirakı ilə Rusiyanın dövlət kanalının efirində Qarabağın Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyü qeyd olunub.


Vaşinqtonun bu təklifinin qətiyyən Ermənistanın maraqlarına cavab vermədiyi bildirilib.


Süjetdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin Ermənistanın milli maraqlarına uyğun olmadığı, Azərbaycanın heç bir güzəştə getmədiyi, Qarabağın Azərbaycanın tərkibində qalacağı təqdirdə Azərbaycanın guya erməni əhalini etnik təmizləməyə uğradacağı kimi təxribatçı fikirlər səsləndirilib.


Bundan başqa, süjetdə Vaşinqton sənədinə müvafiq olaraq Bakı və İrəvanın Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını müzakirə edə biləcəkləri qeyd olunub. “Həmin sənəddə Azərbaycanın suverenliyinin xatırladılması əsas qərarların Bakı tərəfindən qəbul olunacağına dəlalət edir. Baxın, bu da Vaşinqtonun əli...”, - deyə kadrarxası mətndə süjetin müəllifinin təxribatçı fikirləri qeyd olunub.


“Rossiya-24” kanalı Ermənistan əhalisini qorxutmağı da unutmayıb. Həmin süjetdə “Sülh sazişi imzalanacağı təqdirdə Ermənistan əhalisi Azərbaycan və Türkiyə ilə üzbəüz qalacaq. Bunun harası sülh müqaviləsi oldu?” - deyə müəllif erməniləri qorxutmağa çalışıb.


Bundan başqa, süjetdə Zəngəzur dəhlizinə də toxunulub. Bildirilib ki, dəhliz açılandan sonra Ermənistanın Qərbyönümlü hakimiyyəti Brüssel və Vaşinqtonun dəstəyi ilə Gümrüdəki Rusiya hərbi bazasının məqsədəuyğunluğu məsələsini və Ermənistanın KTMT-dən çıxması məsələsini qaldıra bilər.


Süjetin sonunda müəllif Vaşinqton tərəfindən təklif olunan sənəddə Ermənistan üçün güzəştin qeyd olunmadığını vurğulayıb və “Bu sənəd erməni xalqına, yoxsa Paşinyan hökumətinə lazımdır?” sualı ilə müraciət edib.





Paylaş:


Müəllif : Tarix:
25-10-2022, 15:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər