reklam
Regionxeberlericom.az » Siyasət » Ermənilərin yeni QARABAĞ YOLUNU bağlayaqmı? - Silah, mina daşıyırlar...

reklam

Ermənilərin yeni QARABAĞ YOLUNU bağlayaqmı? - Silah, mina daşıyırlar...

Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri ərazilərimzin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir. Bu təxribat yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3 min 345 nəfər təşkil edib.

2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bugünədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olanların 35 nəfəri mülki şəxsdir. Ermənilərin Laçını tərk etməsindən sonra yalnız rayon ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı piyada əleyhinə minalar Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir.

Ötən il istehsal olunmuş minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizindən qeyri-qanuni hərbi fəaliyyətlər üçün sui-istifadə halları davam edir. Rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə təxribatçı addımlar atır. Ən əsası isə odur ki, minalar Ermənistandan rus sülhməramlılarının himayəsində Azərbaycan ərazisinə keçirilir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə vurğulayıb ki, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarına Rusiyanın təlimatı ilə əməl etmir. Partiya rəsmisi bildirib ki, İrəvan Azərbaycana qarşı revanşist mövqeyi davam etdirir və ilkin şərt olaraq Qarabağda ermənilərin "statusu"nu irəli sürür:

"Həmçinin, Azərbaycan tərəfindən ikitərəfli danışıqların əleyhinə olaraq sərhədlərin delimitasiyası və demarkasiyasına atəşlə cavab verir. Bu gün silahlı ermənilərə “Laçın” dəhlizi vasitəsilə silah-sursat daşınır. Hətta digər iri çaplı silahların daşınması həyata keçirilir. Halbuki, 10 noyabr Birgə Bəyannaməsinin 4-cü bəndinə əsasən, silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma Rusiya buna getmir və Qarabağda böhranı davam etdirməkdə maraqlıdır. Bundan başqa Zəngəzur dəhlizi ilə bağlı problem var. Bu dəhlizin reallaşması bir neçə il çəkə bilər. Burada irimiqyaslı bir layihənin gerçəkləşməsindən söhbət gedir. Dağ relyefində dar bir ərazidə həm avtomobil yolunun, həm də dəmir yolunun çəkilişi sadə məsələ deyil. Zəngəzur dəhlizi Azərbaycan üçün “olmazsa olmaz” bir hədəfdir. Bu hədəfə əngəl yaratmaq birmənalı şəkildə Laçın dəhlizinin bağlanması ilə nəticələnəcək".





Paylaş:


Müəllif : Tarix:
27-10-2022, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər