reklam
Regionxeberlericom.az » Siyasət » İki Konstitusiya qanunu ləğv olunur

reklam

İki Konstitusiya qanunu ləğv olunur


Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir.

regionxeberlericom.az-un ONA-a istinadən məlumatına görə, bunlar “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanunu və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” 27 may 1992-ci il tarixli Konstitusiya qanunudur.

Konstitusiya qanunlarının ləğvi barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirə olunub. Müzakirələrdən sonra komitənin üzvləri hər iki Konstitusiya qanunlarının ləğvini parlamentin plenar iclasına çıxarılmasını tövsiyə ediblər.

Hər iki sənədin ləğv edilməsi “Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” yeni qanun layihələrinin qəbul olunması ilə əlaqədardır.


Paylaş:


Müəllif : Tarix:
16-03-2019, 11:59
Sikayət   


loading...
Загрузка...