Soçiyə getmək mənasızdır... - HƏQİQƏTƏN DƏ...
"Rusiya prezidenti Vladimir Putinin “Valday” diskussiya kulubunda Qarabağla bağlı suallara verdiyi cavabdan gəldiyim qənaət budur ki, Kreml sahibi Azərbaycanın ərazi bütövlüyünə hörmət etmir, Qarabağı mübahisəli ərazi kimi dəyərləndirir. Belə olan halda digər görüşlər kimi liderlərin Soçi görüşünün də Azərbaycan üçün faydası olmayacaq". Bunu politoloq Elxan Şahinoğlu açıqlamasında qeyd edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dünən "Valday" diskusiya klubundakı konfransı zamanı Qarabağ məsələsinə net münasibətini açıqlayıb:
«Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantı seçilməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ gələcək sülh müqaviləsində nəzərə alınmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”.
Əslində Putinin bu sözləri Qarabağ probleminin ədalətli həllində Rusiyanın maraqlı olmadığını açıq-aydın şəkildə ifadə edir. Elə politoloq Elxan Şahinoğlu da eyni qənaəti irəli sürür...
Paylaş:
Müəllif : Yazar
Tarix:28-10-2022, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər