Putin yenə də aranı qarışdıra bildi... - NƏ BAŞ VERİR?
Rusiya Prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı Azərbaycan-Ermənistan arasında gedən danışıqlardan, sülh müqaviləsinin imzalanması prosesindən danışıb. Kreml rəhbəri İrəvanın "Vaşinqton və Moskva variantları" şəklində gündəmə gətirilən sülh sənədləri arasında get-gələ də münasibət bildirib. Putin birmənalı bəyan edib ki, tərəflər arasında mütləq sülh sazişi olmalıdır. Dövlət başçısı deyib ki, hansı variant seçilməsindən asılı olmayaraq, proses sülhə gətirib çıxarırsa, hamı bunun tərəfdarı olacaq: "Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, bu sülh sazişinin hansısa konkret variantını seçmək lazımdır, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. "Vaşinqton variantı” başa düşdüyüm qədərincə, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Yox əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür. Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir".
Putin əlavə edib ki, Ermənistan Moskvanın strateji partnyoru, müttəfiqidir: "Biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”. Qeyd edək ki, Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün "Vaşinqton" və "Moskva" variantları olduğunu, guya, Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər.
Analitiklərin fikrincə, Putin öz fikirləri ilə Ermənistana diş göstərsə də, Azərbaycanla fikir ayrılıqlarını da etiraf etmiş olur.
Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Moskvanın Xankəndidəki separatçılara dəstəyi kimi qəbul edilə bilər. Ekspertə görə, bölgədə Qərb-Rusiya qarşıdurması və Ermənistan hakimiyyətinin planı fonunda Kremlin daha çox “dağıdıcı” gediş etdiyini demək mümkündür: "Qarabağ üzərində Azərbaycanın suverenliyinin qəbul edildiyi “Vaşinqton sənədi” haqda Putin ermənilərə iki seçim verir. Erməni xalqı bunu qəbul edərsə, seçimlərini dəstəkləyəcək. Putin ermənilərə “Qarabağı istəyirsinizsə, Vaşinqton yox, Moskva sənədini seçməlisiniz” mesajını çatdırır. Lakin fikrinin davamı olaraq “təbii ki, biz Azərbaycanla danışıqlar aparmalıyıq, bu razılaşmalar Azərbaycan üçün məqbul olmalıdır" deməklə erməni xalqına “Paşinyan Qarabağdan imtina edir”, “Qarabağın xilası” imkanının Rusiyada olduğu mesajını verir. Erməni ictimai rəyi üzərindən Paşinyana təzyiqin edilməsinə nail olmaq və sülh sazişinin imzalanmasında Qərbin vasitəçilik planını pozmaq istəyir. Lakin “Qarabağın xilası” üçün vəd vermir. Moskvanın Bakı ilə danışıqlarda bu məsələnin “müzakirəsini təşkil edə biləcəyini” deyir. Məqsədin Rusiyanın təşəbbüsü yenidən ələ alması olduğu aydındır və bunun mümkün Soçi görüşündən öncə açıqlanması da erməni ictimai rəyini formalaşdırmaq məqsədi daşıyır. Hərçənd, “Vaşinqton sənədi” fonunda Putinin fikirləri fərqli kontekstdə də diqqət çəkir".
A.Nərimanlı vurğulayıb ki, "Vaşinqton sənədi” Qarabağda Azərbaycanın suverenliyini tam tanıyır. Lakin kommunikasiyanın açılması (Zəngəzur dəhlizi) və sərhədin delimitasiyası məsələsində Ermənistanın maraqlarına uyğundur: "Nikol Paşinyanın planı belədir ki, kommunikasiya və delimitasiyada istəyinə nail olmaq üçün sənədlə Qarabağdan imtina edir. Lakin problemi “hüquqi münaqişə” olaraq saxlamaq istəyir. Erməni əhalisinin “hüquq və təhlükəsizliyinin qorunması” adı altında “müqəddəratını təyin etmə” iddiası qalır. Separatçıların taleyi ilə bağlı yekun nəticənin məsuliyyətini Moskvanın üzərinə yükləyir. Bu həm Bakı və Ankara ilə üz-üzə qalmaq, həm də bölgədə uzunmüddətli mövcudluğunu saxlamaq imkanının zəifləməsi baxımından Moskvanın maraqlarına uyğun deyil. Bu baxımdan, Putinin “Vaşinqton sənədi” və ermənilərə seçim verməsi daha çox Paşinyanın-Qərbin planına qarşı “dağıdıcı” gediş etməkdir".
Paylaş:
Müəllif : Yazar
Tarix:29-10-2022, 09:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər