BU NƏDİ BELƏ: Qarabağda rus qoşunları müddətsiz qalacaq? - Soçidə bizə qarşı TƏXRİBAT HAZIRLANIR?
Regionxeberlericom.az Hurriyyet.az-a istinadla xəbər verir ki, Qarabağdakı erməni separatçılarının başçısı, Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş hərbi cani Araik Arutyunyan öz “Feysbuk” səhifəsində oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının iştirakı ilə keçiriləcək sammitdən gözlədiklərini yazıb: “Mövcud çağırışları və məhdud imkanları nəzərə alaraq, fikrimizcə, Rusiyanın təklifləri Artsaxın (Qarabağda Rusiya sülhməramlılarının mühafizəsində olan qondarma separatçı qurum – red.) təhlükəsizliyini təmin etməyə imkan verən və onun gələcəyinə şübhə yaratmayan minimum meyarlara daha çox uyğundur”.
Arutyunyanın könlündən Rusiya sülhməramlılarının kölgəsində separatçı fəaliyyətini davam etdirmək keçir: “Ümid edirik ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammitdə ilk növbədə, söhbət Rusiya sülhməramlı qüvvələrinin missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir. Onların olması həyati əhəmiyyət kəsb edir, çünki 2020-ci ilin noyabr ayından etibarən Rusiya sülhməramlıları mühüm məsuliyyət payına malikdirlər...
Rusiya Federasiyası Prezidentinin “Valday” Beynəlxalq Klubunun iclasındakı çıxışı bu məqsədlərin kifayət qədər reallaşa biləcəyinə dair müəyyən ümidlər yaradır”.
Xatırladaq ki, Bərdə və Gəncə şəhərinlərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan və Armen Babacanyan barəsində cinayət işi başlanılmışdı. Onlar terror, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunublar. Düz 2 il bundan əvvəl, 2020-ci ilin 30 oktyabrında həmin şəxslər barəsində məhkəmə qərarı ilə həbs qərarı çıxarılıb və beynəlxalq axtarışa veriliblər. Bundan əlavə, Qarabağdan işğaldan azad edildiyi Vətən müharibəsi dövründə Araik Arutyunyan sosial şəbəkə hesablarında Azərbaycanın dinc əhalisinə qarşı raket silahlarından istifadə etməyə çağırmışdı.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-10-2022, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər