reklam
Regionxeberlericom.az » Siyasət » Səlahiyyətlərinin bitməsinə bir gün qalmış hökuməti istefaya göndərdi

reklam

Səlahiyyətlərinin bitməsinə bir gün qalmış hökuməti istefaya göndərdi

















Livan Prezidenti Mişel Aun mayın 15-də keçirilən parlament seçkilərindən sonra müvəqqəti fəaliyyət göstərən hökumətin istefası haqqında fərman imzalayıb.

“Al Jadeed” telekanalının prezident sarayındakı mənbələrə istinadən verdiyi məlumata görə, prezident, dövlət başçısı təyin olunmuş Baş nazir Nəcib Mikati ilə fikir ayrılığı yaşadığı üçün yeni kabinetin yaradılması haqqında fərmanı imzalamayıb.

Daha əvvəl elan edilmişdi ki, Mişel Aun prezident iqamətgahını bazar günü - rəsmi olaraq oktyabrın 31-də başa çatacaq səlahiyyət müddətinin bitməsinə bir gün qalmış tərk edəcək.

Qeyd olunub ki, 6 ildir Livana rəhbərlik edən 89 yaşlı prezident Baabda sarayının yaxınlığında çadır düşərgəsi quran Xristian Azad Vətənpərvərlik Hərəkatının tərəfdarları qarşısında çıxış edəcək.




Paylaş:


Müəllif : Tarix:
30-10-2022, 15:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər