reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya XİN Azərbaycan-Ermənistan normallaşmasına dair təklifləri açıqlamaqdan İMTİNA ETDİ

reklam

Rusiya XİN Azərbaycan-Ermənistan normallaşmasına dair təklifləri açıqlamaqdan İMTİNA ETDİ


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Soçidə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı rəsmi Moskva tərəfindən irəli sürülən təklifləri açıqlamaqdan imtina edib.


Regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona ünvanlanan “Ermənistan Baş naziri ölkəsinin Azərbaycanla dövlətlərarası münasibətləri Rusiyanın təklif etdiyi prinsipləri əsasında qurmağa hazır olduğunu bəyan edib. Söhbət konkret hansı prinsiplərdən gedir?” sualına cavabında diqqəti Prezident Putinin sözlərinə yönəldib.

“Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkəmizin prezidentinin sözləridir”, - Zaxarova qeyd edib.


Xatırladaq ki, Putin Soçi görüşündən sonra jurnalistlərə müzakirələrin davam edəcəyini bildirib. O, hər iki tərəf üçün olduqca həssas olan məsələnin ictimai müzakirəyə çıxarılmasını düzgün hesab etmədiyini vurğulayıb. “Ona görə ki, bu, sadəcə olaraq danışıqlar prosesinə maneə ola bilər”, - Putin əlavə edib.




Paylaş:


Müəllif : Tarix:
2-11-2022, 16:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər