reklam
Regionxeberlericom.az » Siyasət » Sülhməramlıların Qarabağda İKİNCİ İLİ – Nəyi bacardılar, nəyi yox?

reklam

Sülhməramlıların Qarabağda İKİNCİ İLİ – Nəyi bacardılar, nəyi yox?

Dünən, noyabrın 10-da Qarabağın ermənilər yaşayan hissəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları parad keçiriblər. Belə ki, Xocalı hava limanına toplaşan hərbi kontingent torpaqlarımızdakı fəaliyyətlərininin ikinci ildönümü münasibətilə toplanıblar.

Onsuz da bu iki ildə sülhməramlıların fəaliyyəti yalnız hansısa açılış mərasimi, yaxud digər tədbirlərlə gündəmə gəlib. Bir də fəaliyyətsizlikləri ilə. Maraqlı məqamsa bundan ibarətdir ki, adətən, bu cür hərbi paradlarda yüksək rütbəli hərbçilər kontingentin qarşısına çıxaraq, gördükləri işlərdən, uğurlarından bəhs edirlər.

Bəs, bizim “sülhsevər” rus qoşunları hansı fəaliyyətləri ilə qürrələnəcəklər?

Məsələyə erməni vətəndaşlarımızın prizmasından baxsaq sülhməramlılar üçün uğur sayıla biləcək çox işlər görüblər. İlk növbədə 2 il öncəni xatırlayaq. Qarabağda yaşayan ermənilər Şuşa azad edildikdən sonra kolonlara Xankəndidən qaçmağa başladılar. Hətta separatçıların rəhbərləri də etiraf etdilər ki, Xankəndidə Arayik Arutyunyan və başındakı 5-6 qotur terrorçudan başqa kimsə qalmayıb.

Lakin bir neçə həftə keçmədi ki, sülhməramlıların nəzarəti altında olan ərazilərdə evlərin işıqları yenidən yanmağa başladı. Amma işıqları yandıran bu evlərin tarixi sahibləri yox, ermənilər oldu.

Etiraf etməliyik ki, sülhməramlılar böyük işə nail oldular və sayları 25-30 min civarında olan erməniləri həftələr içərisində geri köçürməyi bacardılar. Eyni performansı iki həftə öncə də gördük. Xankəndidəki mitinqlərə bir neçə min ermənini sülhməramlıların logistik dəstəyilə toplamaq mümkün oldu.

Rus hərbçilərin bir digər uğuru isə erməni qadınları ilə bağlıdır. Sülhməramlılar nəzarətlərində olan ərazilərdə əhali sayının artımında da erməni qadınlarla birgə ciddi addımlar atıblar.

Göründüyü kimi logistika sahəsində rus hərbçilər olduqca bacarıqlıdırlar. Onlar sərnişin daşımalarıyla yanaşı, Qarabağa silah-sursat daşınmasında da olduqca fərasətlidirlər. Üstəlik demoqrafik problemləri də pis həll etmirlər.

Onların digər yaxşı bacardıqları iş də kilsə, heykəl, infrastruktur obyektlərinin açılışında iştiraklardır. İnsafən, bunun da öhdəsindən yaxşı gəlirlər.

Bir az da bacarmadıqları barədə...

Görməli olduqları heç bir işi doğru-dürüst yerinə yetirə bilməyiblər, bacarıqlı sülhməramlılarımız.

Erməniləri köçürdükləri kimi, azərbaycanlıların da köçürülməsi vacib idi. Amma bununla bağlı heç cəhd belə etmirlər. Yaxud, adlarından da göründüyü kimi sülhü təmin etməli idilər. Onlarsa əksinə ermənilərə silah daşımaqla, ya da buna göz yummaqla bölgədə hər an sülhü təhdid edəcək təxribatlara zəmin hazırlayıblar.

Siyahını uzada bilərik, lakin nə fayda, nəticə göz önündədir. Artıq Azərbaycan hakimiyyəti və xalqının gözündə nə sülhməramlılara hörmət qalıb, nə də inam.

Qozbeli isə qəbir düzəldər. Amma bizim bu düzəlişi gözləməyə vaxtımız yoxdur. Zatən torpaqlarımızda ən çoxu 3 illəri qalıb. Sonra ya Rusiyaya, bəlkə də çox sevdikləri ermənilərin yanına, ya da Ukraynadakı kolleqalarının ardınca məzara gedəcəkləri artıq bizim işimiz deyil. //bizim.media//




Paylaş:


Müəllif : Tarix:
11-11-2022, 13:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər