Deputatlar ezamiyyət xərclərinin azlığından ŞİKAYƏTLƏNDİLƏR
Gələn ilin büdcəsində ezamiyyət xərcləri üçün ayrılan 22 milyon manat kifayət deyil.
Regionxeberlericom.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
“Təklif edirəm ki, ezamiyyət xərclərinə yenidən baxılsın. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq aləmdə cəbhə açılıb. Azərbaycanın mövqelərini daha yaxşı ifadə etmək üçün xaricdə nümayəndələrimiz fəaliyyət göstərirdi. Lakin fəaliyyətimizi artırmaq və daha yüksək səviyyədə təşkil etmək üçün təklif edirəm ki, bununla bağlı xərclərə yenidən baxılsın”, - deyə komitə sədri bildirib.
Deputat Elman Nəsirov da hesab edir ki, ezamiyyə xərclərinin artırılmasına ehtiyac var: “Həmçinin Prezidentin qeyd etdiyi kimi türk dünyası təkcə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən ibarət deyil, kənarda yaşayan soydaşlarımız da var. Onların hüquqlarının müdafiəsi məsələsi il bağlı vəsaitin ayrılmasının da büdcədə öz əksini tapması lap yerinə düşərdi”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, parlamentlə Maliyyə Nazirliyi arasında yaxşı əməkdaşlıq mövcuddur: “Ezamiyyə xərcləri büdcədə kifayət etməyəndə belə bu, işçi qaydada həll edilir. Bizim bu sahədə problemimiz mövcud deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-11-2022, 15:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi

“Azərpoçt” keçmiş rəhbərliyin korrupsiya işində adı keçən şirkətlə 260 minlik müqavilə bağlayıb - ARAŞDIRMA

Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!

Ərdoğana qarşı olan "Hayır" kampaniyasına dəstək verən Emir Türkmənə "Azərlotereya" ASC-də yüksək vəzifə verilib - FOTO

Reketçlik yolu ilə şəxsi avtomobilimi və içində olan 35 min dolları əlimdən aldılar - ŞOK VİDEO

“Armudbaş”, “hinduşkabaş”, “həşərat”… - 301 saylı məktəbin direktoru müəllimlərə belə xitab edir…

Goranboyun Statistika İdarəsini əslində kim təmir edib – Xanqərvəndli qadının adına olan MMC, yoxsa…

Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı

Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -Bu oyunlarına elə don geyindirir ki,…
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |