Qarabağda 72 saatlıq hərbi əməliyyata ehtiyac var - ÇAĞIRIŞ
“Qarabağ problemi Ermənistanın deyil, Rusiyanın məsələsidir. Bu, Rusiyanın 100 illərdir ki, Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin tərkib hissəsidir. Rusiya Azərbaycana qarşı Ermənistan və “Artsax” vasitəsilə vəkalət müharibəsi aparır. Azərbaycan vəkillərdən birini ağır hərbi məğlubiyyətə uğradıb, digərinin də sonuna çıxmasının qarşısını Rusiya önə çıxaraq alıb. İndi biz Qarabağda Rusiya ilə üz-üzəyik və buna Rusiya ilə münasibətlər kontekstində baxmaq lazımdır”.
Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər deyib.
S. Əkbər əlavə edib ki, əgər kimsə Qarabağ məsələsinə Ermənistanla münasibətlər fonunda baxırsa, bu qədər baş verənlərdən sonra deyiləcək bir söz qalmır: “Adi vətəndaşlar məsələyə belə baxa bilər, amma söhbət siyasətçidən, mütəxəssisdən, politoloqdan gedirsə, məncə, hər kəs bunun Rusiyanın məsələsi olduğunu anlayır”.
S. Əkbər diqqətə çatdırıb ki, Ermənistan və Qarabağ məsələsi Rusiyanın imperiya siyasətinin tərkib hissədir: “Bu, I Pyotrun vaxtından başlayan rus imperiyasının cənub strategiyasının tərkib hissəsidir. Birinci mərhələdə - 1828-ci il Türkmənçay müqaviləsindən sonra erməniləri ərazilərimizə köçürdülər. İkinci mərhələdə erməni vilayəti, üçüncü mərhələdə erməni dövləti yaratdılar və nəhayət dördüncü mərhələdə bu dövləti genişləndirməyə başladılar. Qarabağa muxtariyyətin verilməsi də erməni dövlətinin genişləndirilməsi siyasətinin tərkib hissəsi idi”.
Müsahibimiz perspektiv durumu qiymətləndirərkən bildirib ki, Qarabağda ruslarla qarşı-qarşıyayıq, amma ruslar zəiflədikcə özünə həmfikirlər axtarır: “Daha doğrusu, bu həmfikirləri bilir və onları köməyə dəvət edə bilər. Eləcə də Minsk qrupunu “diriltməsi” mümkündür. Çox azsaylı məsələlərdən biridir ki, ABŞ və Rusiya erməni məsələsində həmfikirdirlər. Eləcə də İran və Fransa ilə. Bunu da unutmamalıyıq. Odur ki, daima bildirdiyim kimi, bizim bu məsələni həll etməyimiz üçün kritik zaman pəncərəmiz olacaq. Mən buna 48-72 saatlıq zaman pəncərəsi deyirəm. Bizim hazırlıq səviyyəmiz - həm siyasi-diplomatik, həm maliyyə-iqtisadi, həm kəşfiyyat-təhlükəsizlik, həm də hərbi baxımdan çox yüksək və peşəkar həddə olmalıdır ki, 48-72 saat ərzində rus sülhməramlılarının olduğu ərazidə suverenliyimizi və ərazi bütövlüyümüzü təmin edə bilək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2022, 15:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər