reklam
Regionxeberlericom.az » Siyasət » İranın VİLAYƏTİNİN DİLİ İLƏ YENİ SAYIQLAMASI... - "Belə məqalələrlə bizi aldatmaq mümkün deyil..."

reklam

İranın VİLAYƏTİNİN DİLİ İLƏ YENİ SAYIQLAMASI... - "Belə məqalələrlə bizi aldatmaq mümkün deyil..."


İranın keçmiş xarici işlər naziri, dini liderin müşaviri Əli Əkbər Vilayəti geniş məqalə yayımlayıb. Regionxeberlericom.az DİA.AZ-a istinadən xəbər verir ki, özünü mənşəcə azərbaycanlı adlandıran Vilayəti İranın heç zaman Azərbaycanı ələ keçirmək kimi planı olmadığını yazıb. Azərbaycan xalqının İran tarixində mühüm rolunu vurğulayan Vilayət Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını xatırladıb

“Hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı da iranlıdır” kimi ikibaşlı cümlə işlədən Vilayəti dini amilin birləşdirici rol oynadığını vurğulayıb.

"Vilayəti bununla demək istəyib ki, İranda yaşayan əsas etnik qrupları din və məzhəb birləşdirir". Bunu məlum məsələyə münasibətində siyasi ekspert Elxan Şahinoğlu qeyd edib. Politoloq daha sonra davam edir:

"Halbuki, İranda fərqli dinlərə və məhzəblərə bağlı etnik qruplar da var, sadəcə Vilayətinin hazırki məqaləsi azərbaycanlıların könlünü almaq məqsədi daşıdığından şiəlik ön plana salınıb. Vilayətinin xidmətində olduğu rejim üçün nə din, nə də məzhəb əsasdır, əks halda Azərbaycan torpaqlarının işğalına uzun onilliklər dözümsüz yanaşar, məscidlərin dağıdılmasına görə Ermənistanı güncə sıxışdırardılar. Bunların heç biri olmadı.

Vilayəti keçmiş illərdə nə azərbaycanlı olduğunu deyər, nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolundan ağız dolusu danışardı, sadəcə quyruqları qapı arxasında qaldığından belə bir məqaləyə ehtiyac duyublar. Belə məqalələrlə bizi aldatmaq mümkün deyil, qonşumuzun xislətinə bələdik".




Paylaş:


Müəllif : Tarix:
21-11-2022, 09:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər