reklam
Regionxeberlericom.az » Siyasət » “NETANYAHUNUN QAYIDIŞINDAN BAKI NƏ GÖZLƏYƏ BİLƏR?” – "Bakıda Bütöv Azərbaycan eyforiyası sürür..."

reklam

“NETANYAHUNUN QAYIDIŞINDAN BAKI NƏ GÖZLƏYƏ BİLƏR?” – "Bakıda Bütöv Azərbaycan eyforiyası sürür..."















Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Netanyahunun hakimiyyətə qayıdışından Bakı nə gözləyə bilər?” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq, Azərbaycanla bağlı İsrail mətbuatında və beynəlxlaq mediada maraqlı açıqlamaları ilə tanınan Ayub Karanın qələmə aldığı məqalədə qeyd olunub ki, baş nazir Benyamin Netanyahunun dövründə Azərbaycan-İsrail münasibətləri həmişə düzgün istiqamətdə inkişaf edib və İsrailin hökumət başçısı İran İslam Respublikası və Rusiya ilə həmsərhəd olan neftlə zəngin Azərbaycanın azad dünya üçün böyük strateji əhəmiyyət kəsb etdiyini anlayıb.

Bildirilib ki, İsrailin istehlak etdiyi neftin 40%-i rəhbərliyi öz xalqını qətl edərək işgəncələr verən, müntəzəm olaraq “Amerikaya ölüm”, “İsrailə ölüm” şüarları səsləndirən İrandan İsraili sipər kimi kimi qoruyan Azərbaycanın paytaxtı Bakıda hasil edilir. İrana qarşı sərt münasibəti ilə seçilən Netanyahunun üçüncü dəfə hakimiyyətə gəlişinin Azərbaycanın cənub qonşusu İranla münasibətlərinin pisləşməsi ilə üst-üstə düşdüyünü vurğulayan müəllif İkinci Qarabağ müharibəsinin ən mühüm nəticələrindən birini maskaların cırılması kimi qiymətləndirib. Türkiyəni Azərbaycanın bir nömrəli dostu və müttəfiqi adlandıran israilli politoloq İsrailin də müharibə zamanı özünü Azərbaycan dövləti və xalqının əsl dostu və tərəfdaşı kimi isbatladığına əmin olduğunu dilə gətirib. Qeyd olunub ki, İsrail Azərbaycana verdiyi müasir silahları başqa dövlətə ötürməyib, bütün bunlar isə həqiqi dostluğun və strateji tərəfdaşlığın bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, çox möhkəm təməl üzərində qurulmuş İsrail-Azərbaycan dostluğu İsraildə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, sürətlə inkişaf edir. Buna baxmayaraq, hər bir halda unutmaq olmaz ki, Azərbaycan-İsrail münasibətləri Netanyahunun baş nazir olduğu dövrdə çox sürətlə inkişaf edib, enerji və hərbi təhlükəsizlik, eləcə də hərbi-texniki əməkdaşlıq sahələrində nəzərəçarpan nəticələr əldə olunub. Müəllif hesab edir ki, Netanyahunun partiyasının seçkilərdə qalib gəlməsi Azərbaycan üçün sevindirici hadisə kimi qiymətləndirilə bilər və bu gün belə düşünməyə ciddi əsaslar olduğu üçün Azərbaycan-İsrail münasibətlərinin yeni səviyyəyə qalxması ehtimalı böyükdür. Belə ki, Tel-Əvivdə Azərbaycanın Turizm və Ticarət Ofisinin fəaliyyətə başlamasının ardınca tezliklə İsraildə səfirliyi də açılacaq. Sabiq nazir belə qənaətdədir ki, Netanyahu İran ətrafındakı bəzi ölkələrlə danışıqlar aparıb bu dövlətə qarşı koalisiya yarada bilər. Belə ki, İranın sərgilədiyi davranış və xarici siyasətə görə Ermənistandan başqa ətraf dövlətlər molla rejiminə düşmən kəsildiyindən, İsrail üçün indi İran ətrafındakı ölkələrlə ittifaq daha önəmlidir. ABŞ İran məsələsində İsrailin ümidlərini tam doğrultmayıb. Bunun obyektiv səbəbi var. ABŞ-ın hazırkı administrasiyası hələ də İranla nüvə sazişi imzalaya biləcəyinə ümidlidir. Qeyd olunub ki, İrana qarşı hər hansı hərbi əməliyyat olarsa, bu, Azərbaycana da təsir edəcək. Üstəlik, indi Azərbaycanda İranın parçalanacağı və Bütöv Azərbaycanın yaranacağı ilə bağlı təbii eyforiya hökm sürür.

Müəllif əmindir ki, İsrail hökuməti bu dəfə Azərbaycanı özünə daha da yaxınlaşdırmalı və bu həyati əhəmiyyət kəsb edən regionda sülhün bərqərar olması üçün hər şeyi etməli, həmçinin ölkəmizə öz sərhədləri daxilində ekstremizmin qarşısını almağa kömək etməlidir. Azərbaycanda İran casuslarının son həbslərini İran oxunun bölgədə zəifləməsinə töhfə verən mühüm addım kimi dəyərləndirən israilli sabiq nazirin fikrincə, növbəti addım olaraq Azərbaycanın İsrail Dövlətində səfirliyinin açılması Tehrana göstərəcək ki, molla rejiminin nümayiş etidirdiyi hədə-qorxu və nifrət nə Qüdsü, nə də Bakını qorxudur. Müəllif Netanyahunun yeni hökuməti və Azərbaycan prezidenti İlham Əliyev arasındakı müttəfiqlik çərçivəsində bu iki ölkənin İranın regiondakı ambisiyalarını neytrallaşdırmaq məqsədilə qüvvələrin birləşdiriləcəyini proqnozlaşdırıb.

Məqalənin sonunda bildirilib ki, İran multikulturalizm, dini tolerantlıq və qadın haqlarının qorunduğu və şiələrin çoxluq təşkil etdiyi Azərbaycanı regionda özünün mövcudluğuna təhlükə kimi görür. Bu səbəbdən İsrail onun kimi Azərbaycanı da məhv etmək istəyən və bütün azad dünyanın düşməni olan İrana qarşı mübarizədə rəsmi Bakıya hər vasitə ilə kömək etməlidir ki, Tehran və əlaltıları birdəfəlik məğlubiyyətə düçar olsun. 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://moderndiplomacy.eu/2022/11/21/what-can-bak...




Paylaş:


Müəllif : Tarix:
22-11-2022, 15:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər