reklam
Regionxeberlericom.az » Siyasət » "Rusiya ən böyük savaşı Zəngəzur dəhlizində aparır” - GƏLİŞMƏ

reklam

"Rusiya ən böyük savaşı Zəngəzur dəhlizində aparır” - GƏLİŞMƏ


"Rusiya Ukraynada apardığı savaşdan ən böyüyünü Zəngəzur dəhlizində aparır. Ukrayna müharibəsində qalib gəlsə, qazandığı Avropa olacaq. Zəngəzurda qalib gəlsə, Sakit Okean ilə Atlantik Okean arasında ticarət yoluna nəzarət qazanacaq".

Bunu "Sherg.az"a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidməti, Beynəlxalq Münasibətlər ( BM )üzrə şərhçi Əziz Əlibəyli deyib.

BM üzrə şərhçi bildirib ki, Şərqdən Qərbə yük daşımaları tormozlanıb. Hind okeanı vasitəsilə gerçəkləşir, yəni yol beş dəfə uzanıb:

"Aşağı dəhliz Hind okeanı, yuxarı dəhliz isə Rusiya ərazisindən keçir. Rusiya sanksiya altında olduğuna görə beynəlxalq yüklərin daşınmasında böhran yaranıb. Belə halda orta dəhliz meydana çıxır. Orta dəhlizin Zəngəzurdan keçməsi düşünülür. Lakin Zəngəzurdan dəhliz keçirmək imkanı yoxdur. Çünki Rusiya ilə Qərb Zəngəzur dəhlizi üzərində anlaşa bilmir. Ukrayna-Rusiya müharibəsi ya Qərbin, ya da Rusiyanın qalibiyyəti ilə nəticələnəcək. Amma bu, iki mərkəz arasındakı, regional savaşdır. Regional savaşda Rusiya məğlubiyyətə uğrasa, kiçik Avropa dövləti olacaq. Qərb qalib gələrsə, Avropada Qərbin gücü əvvəlki kimi hakim mövqe tutacaq.

Zəngəzur bölgəsi qlobal məkandır. Burda Çin, Böyük Britaniya, Rusiya var. Qüvvələrin parametri çox böyükdür. Orta yol Zəngəzurdan keçməlidir. Savaşların yekunu coğrafiyamızın hərbi, strateji əhəmiyyəti üzərində vurulacaq. Azətbaycanla Ermənistan arasında sülh danışıqları fonunda "Vaşinqton", "Brüssel" və digər planların toqquşduğu məkan məhz Zəngəzurdur".

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-dən Ukrayna ilə müharibə edir. Müharibənin hər ötən günü yeni dağıntılar və itkilərlə yadda qalır. Rusiya-Ukrayna müharibəsi artıq nəinki döyüşən tərəflərə, hətta Qərbə və bütün dünyaya ciddi ziyan vurub. Qlobal taxıl tələbatının 1/3 hissəsi, günəbaxan yağının isə 2/3 hissəsi Rusiya və Ukraynanın payına düşür. Əsasən, Yaxın Şərq və Afrikanın şimalındakı ölkələrin ərzaq təhlükəsizliyi Rusiya və Ukraynadan asılıdır. Dünyada enerjidaşıyıcılarının təhlükəsizliyində də ciddi problemlər yaranıb.




Paylaş:


Müəllif : Tarix:
3-12-2022, 09:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər