reklam
Regionxeberlericom.az » Siyasət » Uğura gedən yol

reklam

Uğura gedən yol


















Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "5 oktyabr - Beynəlxalq Müəllimlər Günü" münasibətilə bir sıra təhsil işçiləri dövlət təltifinə ("Əməkdar müəllim" fəxri adı,"Tərəqqi" medalına) layiq görülmüşdür

30 noyabr 2022-ci il tarixində Bakı şəhəri 20 nömrəli məktəb-liseydə dövlət təltiflərinin təqdimat mərasimi keçirilmişdir.Yüksək səviyyədə təşkil olunmuş tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayev təltifə layiq görülmüş hər bir müəllimi təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə, beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində, şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə 133 nəfər təhsil işçisinə dövlət təltifləri verilib, 54 nəfər “Əməkdar müəllim” fəxri adına, 79 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşdür.

Çox sevindirici haldır ki,Ucar şəhər 3 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Abbasova Fatma Əlislam qızı da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalına layiq görülmüşdür.

Abbasova Fatma Əlislam qızı 27 mart 1981-ci il tarixində Ucar rayon Qazyan kəndində ziyalı ailəsində anadan olmuşdur.1998-ci ildə Qazyan kənd 1 nömrəli tam orta məktəbi bitirmişdir.Elə həmin il Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinə qəbul olmuş, 2002-ci ildə həmin universitetin  bakalavr, 2004-cü ildə isə magistr pilləsini əla qiymətlərlə bitirmişdir

2002-ci ildən təhsil aldığı Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.2010-cu ildən pedaqoji fəaliyyətini Ucar şəhər 2 nömrəli tam orta məktəbdə davam etdirmişdir.2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsində iştirak etmiş və uğur əldə edərək fəaliyyətini Ucar şəhər N.Gəncəvi adına 3 nömrəli tam orta məktəbdə davam etdirmişdir.

İşlədiyi müddət ərzində bir çox layihə və müsabiqələrə qatılaraq uğurlara imza atmışdır.2011-ci ildə  SPARE təşkilatının layihələrində qalib olmuşdur.2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə II Qrant müsabiqəsində “Coğrafiya müəllimlərinə dəstək” adlı layihəsi qalib olmuşdur.Layihə çərçivəsində Fatma müəllimənin müəllifi olduğu “Çətin coğrafi məsələlərin asan həlli” adlı kitabı nəşr olunmuşdur. Təhsilin inkişafında xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əladə etdiyinə görə Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun  01 oktyabr 2018-ci il tarixli 3384 nömrəli “Fəxri Fərmanı” na layiq görülmüşdür. 2022-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində “Coğrafiya ulduzlarının festivalı” adlı layihəsi ilə qalib olmuşdur. Fəaliyyəti dövründə Rayon İcra Hakimiyyəti Başçısının,Təhsil Sektorunun, məktəb rəhbərliyinin “Fəxri Fərman”ına layiq görülmüşdür. 

Fatma Abbasova öz uğurları ilə yanaşı həm də şagirdlərinin uğurlarından ilham almış, tədris etdiyi fənni onlara yüksək səviyyədə aşılamış və coğrafiya fənninə onlarda böyük maraq yaratmışdır.Bilik yarışlarında,ali məktəblərə qəbul imtahanlarında şagirdlər yüksək nəticələr göstərmişlər. 2019-cu ildə keçirilən Sabahın alimləri VIII Respublika müsabiqəsində elmi rəhbəri olduğu şagirdi Abbasova Nuray Azad qızı ABŞ Metrologiya Komitəsi tərəfindən xüsusi Sertifikatla təltif olunub. Elə həmin il şagirdi Abbasov Adil Azad oğlu isə Beynəlxalq Triz müsabiqəsində Sertifikata layiq görülmüşdür.

Fatma Abbasova ailəlidir, 3 övladı var.Onlardan 2-si tələbə,digəri məktəblidir.O, pedaqoji fəaliyyəti müddətində hər zaman öz işinə həvəslə səy göstərmiş, daima yenilik axtarışında olmuşdur.Yüksək mədəniyyətə, elmi biliklərə və peşəkarlıq səviyyəsinə malik olan Fatma Abbasova işlədiyi kollektivin və rayon ictimaiyyətinin böyük rəğbətinin qazanmışdır.



















RegionXəbərləricom.az 




Paylaş:


Müəllif : Tarix:
5-12-2022, 23:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər