reklam
Regionxeberlericom.az » Siyasət » Akarın Araz sahilinə gəlişi xəbərdarlıqdır - İLGİNC GƏLİŞMƏ

reklam

Akarın Araz sahilinə gəlişi xəbərdarlıqdır - İLGİNC GƏLİŞMƏ


İki ölkənin birlikdə keçirdiyi təlim hər zaman çox dəyərlidir və böyük məna daşıyır. Yəni iki insanın belə birlikdə hərəkət etməsinin çox çətin olduğu şərtlərdə iki ordu birgə hərəkət edir, təlim keçirir. Bəhs etdiyimiz xüsusiyyətinə görə, təlimin özündə bir çox texniki detalları birləşdirdiyini düşünürəm.

Bu sözləri Axar.az-a Türkiyə və Azərbaycanın birlikdə keçirdiyi “Qardaş Yumruğu” hərbi təlimi haqqında danışan terror və təhlükəsizlik üzrə tanınmış ekspert Abdullah Ağar deyib.

Ağar təlimin bütün qoşun növlərində ortaq hədəfə qarşı vahid hərəkətin koordinasiyası baxımından önəmli olduğunu bildirib

“Təlimin ən önəmli hədəflərindən birincisi Türkiyə və Azərbaycan Ordusunun müştərək hərəkət etmə qabiliyyətinin yüksəldilməsidir. İkincisi, birliklərin ortaq hədəflərə yönəlmə imkanlarının, bacarıqlarının artırılmasıdır. Üçüncüsü, döyüş meydanında nəzarət və hərəkətin koordinasiyası, vahid mərkəzdən idarə olunmasıdır. Bunları təlim meydanında görməyə bilərik, lakin göstəriləcək əsas fəaliyyət budur.

Hər iki Ordu Hava Hücumundan Müdafiə, Hava Hücumu vasitələrini, eyni zaman Quru Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin birgə və ortaq hədəfə qarşı istifadə imkanlarını təkmilləşdirirlər. Digər bir vacib məsələ gecələr də təlimlərin davam etdirilməsidir. Biz gecə təlimlərinin izini 44 günlük Vətən müharibəsində də görə bilərik. Gecənin imkanlarından istifadə nizamlı ordular baxımından xüsusi qabiliyyətə, bacarığa, imkan və potensiala sahib olmaq deməkdir”.

Ekspert “Qardaş Yumruğu” təliminin İrana mesaj xarakterli olduğunu vurğulayıb:

“Cənab Əliyev çıxışlarından birində Azərbaycan Ordusunun Türkiyə Ordusunun modeli olacağını açıqlayıb. Əslində bu, orduların bütövləşməsi mərhələsidir. Cənab Hulusi Akarın, Baş Qərargah rəisi və komandanların da təlimi müşahidə etmək üçün Azərbaycanda olması məsələyə verilən çox böyük əhəmiyyətin əyani təzühürüdür, dildə, fikirdə, işdə birlik, strateji müttəfiqlik deməkdir. XTQ-nin təlimlərə qatılması onun tamam fərqli xüsusiyyətdə olması deməkdir. İşin içində XTQ varsa, hər zaman dərinliyə hərəkət gündəmə gəlir. Burada verilən mesaj aidiyyəti ünvana mütləq gedəcək. Təlim harada keçirilir? - Cəbrayıl, İmişli və Astarada, yəni son dövrdə təcavüzkar hərəkətlərlə üz-üzə qaldığımız İranla sərhədyanı bölgələrdə. Fikrimcə, təlimlərdə İrana “Sənin təhdidlərini cavabsız qoymayacağıq”, “Biz dost kimi dostluq, düşmən kimi düşmənçilik etməyi də bacarırıq” mesajı verilir. Yəni, burada“Əgər düşmənçilik etsən, bunun qarşılığını görəcəksən” yanaşması var. Ona görə də hansısa siyasi ehtiraslarla ölkələrimiz üzərində kirli planlar quranlar daha dərindən düşünməli və götür-qoy etməlidir”.




Paylaş:


Müəllif : Tarix:
7-12-2022, 09:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər