reklam
Regionxeberlericom.az » Siyasət » Bacısı Xameneinin avtoritar rejiminə qarşı olduğunu bəyan etdi

reklam

Bacısı Xameneinin avtoritar rejiminə qarşı olduğunu bəyan etdi

















İranın ali dini lideri Əli Xameneinin bacısı və İran rejimini tənqid edən ruhani Əli Tehraninin xanımı Bədri Xamenei açıq məktub yayaraq, Əli Xamenei və onun avtoritar rejiminin əleyhinə olduğunu elan edib.

İran hökumətini tənqid etdiyi üçün hazırda həbsdə olan qadın haqları fəalı Fəridə Muradxaninin anası Bədri Hüseyni Xamenei dekabrın 6-da dərc olunan məktubunda “son 40 ildə övladlarını itirən gözü yaşlı bir çox analara” işarə edərək yazıb:

“Qardaşımın əməllərinə haqq qazandırmamaqla yanaşı, Xomeyni dövründən tutmuş indiki Əli Xameneinin despotik xilafət dövrünə qədər İran rejiminin cinayətlərinə görə ağlar qalan bütün analara başsağlığı verirəm”.

O, öz tvitter hesabında yaydığı məktubun davamında qeyd edib:

“Bütün iranlı yaslı analar kimi mən də övladımdan uzaq olmağın kədərini yaşayıram. Rejim qızımı zorakılıqla həbs edirsə, deməli başqalarının məzlum oğul və qızlarına min qat artıq zorakılıq tətbiq edir”.




Paylaş:


Müəllif : Tarix:
7-12-2022, 16:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər