reklam
Regionxeberlericom.az » Siyasət » İrandakı daxili çəkişmələr Azərbaycan üçün təhlükəlidir - NƏ BAŞ VERİR?

reklam

İrandakı daxili çəkişmələr Azərbaycan üçün təhlükəlidir - NƏ BAŞ VERİR?

İranda xaos olarsa, bundan ən çox Azərbaycan təsirlənəcək. Ola bilsin ki, bölgədə qaçqın axını və yaxud da böyük bir insan tələfatı olsun.

2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə çalması “ikiüzlü” qonşu İran tərəfindən qəbul edilmədi. İran rejimi əvvəlcə bunu etiraf etməsə də, sonradan iç üzünü göstərməyə başladı. Ermənisatana yardımlar, Azərbaycana hədə-qorxu mesajları və bu fonda münasibətlər gərildi. Azərbaycan tərəfi də edilən təhdidlərə cavab olaraq, Türkiyə ilə birlikdə təlimlər keçirib, “hər zaman istənilən təhdidə qarşı birlikdəyik" mesajı verdi.

Bir zamanlar üzdə Azərbaycana yaxşı olan münasibətlər bu gün o qədər gərginləşib ki, artıq İran Ermənistana yardım məqsədilə diversiya qrupları göndərir. Bu da İranın Azərbaycana “biz Ermənistan tərəfindən sizinlə döyüşəcəyik” mesajıdır. Hadisələrin bu axarında Azərbaycan İranla siyasətini necə qurmalıdır?

Milli Məcliisn deputatı Faizl Mustafa bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın İranla bağlı siyasətində hələ ki, bir dəyişiklik gözlənilmir. O, qeyd edib ki, İran Ermənistana dəstək verən bir siyasət sərgiləyir, Ermənistanın silahlanmasında iştirak edir və açıq-aşkar Azərbaycana düşmənlik mövqeyi ifadə edir. Bu səbəbdən də, İranın bugünkü fəaliyyəti bizə Ermənistan qədər eyni dərəcədə düşmən fəaliyyətidir və qonşuluq prinsiplərinə ziddir.

“Bu gərginliyə səbəb İrandır, çünki Azərbaycan Qarabağ işğaldan azad olduqdan sonra İranın bütün layihələrdə iştirak etməsi üçün ortaya müəyyən jestləri qoydu. Amma, İran bundan yararlanmadı. Özünü müsəlman dövlətlərinə qarşı həmişə olduğu kimi düşmən siyasəti yeridəcəyini bildirdi. Ermənistanla bir cəbhədə çıxış etdi. Zəngəzur dəhlizinin açılmasına mane oldu, Qafanda konsulluq açdı və “Ermənistanın təhlükəsizliyi, bizim təhlükəsizliyimizdir” deyə, ona dəstək verdi. Belə bir vəziyyətdə bu siyasət qonşuluq münasibətinin pozulmasına gətirib çıxardı.

Azərbaycan tərəfi də İranın keçirdiyi hərbi təlimlərə qarşı öz ərazisində həm ayrıca təlimlər, həm də Türkiyə ilə birlikdə təlimlər keçdi. Bu da İrana mesajdır ki, Azərbaycan bu prosesdə yalnız deyil. Türkiyə ilə birlikdə istənilən hücumu dəf etməyə hazırdır”-deyə deputat qeyd edib. O, bildirib ki, İran gələcəkdə Ermənistanla siyasətinə yenidən baxarsa və mədəni qonşuluq siyasətinə uyğun davranış sərgiləyərsə, onda münasibətlərə yenidən baxmaq olar.

Deputat hesab edir ki, indiki şərtlərdə İran bu münasibətləri xeyli zədələyib. “İranda baş verən xaosun Azərbaycana nə kimi təsirləri ola bilər?”-sualını cavablayan Fazil Mustafa İranda daha ciddi xaosun gözlənilən olduğunu düşünür. Onun fikrincə, bu Suriyada, İraqda baş verən xaos kimidir. Gözlənilən xaousun nəticələri isə, daha ağır olacaq.

“Ola bilsin ki, bölgədə qaçqın axını və yaxud da böyük bir insan tələfatı prosesləri olsun. Rejimin artıq müəyyən hadisələri idarə edə bilmədiyi göz önündədir. Amma, bu proses nə qədər çəkəcək demək çətindir”-deyə bildirən deputat, İranda xaos olmasını arzuolunan hesab etmir. Çünki, qonşu ölkədə olan özbaşınalıq, gərginlik Azərbaycana da öz təsirini göstərəcək.

Bu səbəbdən də İranın anormal siyasəti Azərbaycan tərəfindən ciddi izlənilir. “İranın daxili vəziyyətində baş verən dəyişikliklər bizi də narahat edir. Bütövlükdə, İranın bu son proseslərdə xeyli zəifləmiş çıxacağı artıq proqnozlaşdırıla bilər. Xaos vəziyyətində də Azərbaycan özünə uyğun olan, öz təhlükəsizliyini təminat altına ala biləcək addımlar atmağa hazır olmalıdır. Biz çalışmalıyıq ki, orada olan soydaşlarınız acı yaşamasın" - deyən deputat bu istiqmaətdə artıq hazırlıq getdiyini deyir.

P.S. İran qonşumuzdur, dünən də qonşumuz idi. Biz də qonşumuza qonşuluq prinsiplərinə əsaslanaraq yanaşırıq. İran əhalisinin yarısı demək olar ki, Azərbaycan türkləridir. Soydaşlarımızın bəlli bir qismi sözün əsl mənasında rejimin sadiq xidmətçisidir. Bu baxımdan işimiz düşünüldüyü qədər asan da deyil. Amma başa düşməliyik ki, İrandakı xaosun ən çox təsiri Azərbaycan və Türkiyədə hiss ediləcək. Bunun üçün isə Azərbaycan hazırlıqlı olmalıdır.

Bizimyol.info




Paylaş:


Müəllif : Tarix:
12-12-2022, 15:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər