reklam
Regionxeberlericom.az » Siyasət » Vasif Talıbovla bağlı İLGİNC İDDİA: Bakıya gəlməkdən imtina edir - Prezidentlə görüş şərtini qoyur...

reklam

Vasif Talıbovla bağlı İLGİNC İDDİA: Bakıya gəlməkdən imtina edir - Prezidentlə görüş şərtini qoyur...


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı anti-korrupsiya əməliyyatlarından sonra MR Ali Məclisinin sədri Vasif Talıbov Bakıya gəlməkdən imtina edir.

Regionxeberlericom.az “AzPolitika.info”ya istinadla bildirir ki, DTX-nın həbsli əməliyyatlarından sonra Vasif Talıbov yaranmış vəziyyətin müzakirəsi üçün 2 dəfə Bakıya dəvət olunub. Lakin o, gəlməkdən imtina edib. MR rəhbəri yalnız Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı təqdirdə Bakıya gələcəyini bildirib.

V.Talıbov ümummilli lider Heydər Əliyevin anım günündə onun məzarını ziyarət etmək üçün də Bakıya gəlməyib, bu gün Naxçıvandakı büstünü ziyarət etməklə kifayətlənib.

Ehtimal olunur ki, MR rəhbəri həbs olunacağından ehtiyat etdiyi üçün Bakıya gəlməkdən imtina edir. V.Talıbov əmindir ki, istintaqa cəlb olunanlar və artıq həbsə atılanlar öz ifadələrində həqiqəti etiraf ediblər.




Paylaş:


Müəllif : Tarix:
12-12-2022, 17:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər