Sülhməramlılar SEÇİM QARŞISINDA – Ermənilərin Azərbaycan bayrağı altına keçid dövrü başlayır
Xəbər verdiyimiz kimi, Laçın-Xankəndi yolunda ekologiya fəallarımızın aksiyası artıq üçüncü gündür ki davam edir. Aksiya səbəbindən yolun sülhməramlılar tərəfindən bağlanması isə Xankəndi və ətraf ərazilərdə bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.
Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasında olan ərazilərə qaz nəqli kəsilib. Digər tərəfdən yayılan görüntülərdə artıq Xankəndindəki benzindoldurma məntəqələrinin qarşısında növbələrin yarandığı, yanacağın isə tükənmək üzrə olduğu diqqətdən yayınmır.
Bundan əlavə, bölgədə mağazalardakı rəflərin boşaldığı və məktəblərin qeyri-müəyyən müddətə bağlandığı da məlumdur.
Bir sözlə, ermənilərin vəziyyəti gün keçdikcə daha da çətinləşir.
Bəs, bunun müqəssiri kimdir?
Təbii ki, ilk növbədə Rusiya hərbçiləri. Çünki yolu bağlayıb, qışın oğlan çağında Xankəndini blokadada saxlayan onlardır.
Digər tərəfdən, aksiyaçılarımızın ilk tələbi Rusiya sülhməramlılarının komandanı general Volkovla görüşməkdir. O da aksiyaçılarımızın qarşısına çıxmaq yerinə qaçmağı seçir. Ona görə də, aksiyaçılar geri addım atmır.
Volkovun qaçqın düşməsinin də bir neçə səbəbi ola bilər.
Birincisi, Volkovun bu davranışı çarəsizliyindən qaynaqlanır. O, aksiyaçıların qarşısına çıxsa, gərəkdir ki, tələbləri yerinə yetirsin.
İkincisi, Volkovun vaxt qazanmaq üçün aksiyaçıların qarşısından qaçması variantı da mövcuddur. Yəni, rus general talan edilən yataqlarımızdakı cinayət izlərini aradan qaldırmaq üçün maksimum zaman udmağa çalışır.
Üçüncüsü, ola bilər ki, Volkov ermənilərin “humanitar böhran” yalvarışları qarşısında beynəlxalq miqyasda Azərbaycana təzyiqlərin olacağını, aksiyaçıların geri addım atacağını gözləyir.
Dördüncüsü, Volkov özbaşına qərar verə biləcək şəxs deyil və Moskvadan gələn müvafiq təlimatlara uyğun hərəkət edir. Kreml isə bu vəziyyətdə çıxılmaz durumdadır. Azərbaycan geri addım atmır, Qarabağdakı ermənilərin düşdüyü vəziyyət isə onların sülhməramlılara qarşı etimadını sarsır.
Ruslar iki od arasında
Rusiyanın Qarabağda düşdüyü durum tam olaraq bu cürdür. Əgər Azərbaycanın tələblərini yerinə yetirməsələr və ya qaçmaq taktikasını davam etdirsələr, aksiyalar dayanmayacaq. Belə olan halda, Qarabağdakı erməni vətəndaşlarımızın durumu daha da ağırlaşacaq.
Azərbaycanın tələbləri yerinə yetirilib, monitorinqlər aparılsa, o zaman nəinki vardanyanların, eləcə də sülhməramlıları paxırları üzə çıxacaq ki, bu da daha böyük rəzalət ola bilər.
Lakin bu məsələdə müsbət məqam da yox deyil. Belə ki, sülhməramlıların bu cür davranışı Azərbaycanla Qarabağda yaşayan erməni vətəndaşlarımız arasında inteqrasiya yolunda körpüyə çevrilə bilər. Və artıq Azərbaycan tərəfi bu yöndə ilk addımları da atıb. Dünən Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında da qeyd olunub:
“Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır”.
Yəni, sülhməramlılardan fərqli olaraq, erməni vətəndaşlarımızın seçim imkanı var.
Bizim.Media
Paylaş:
Müəllif : Yazar
Tarix:14-12-2022, 17:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər