reklam
Regionxeberlericom.az » Siyasət » Sülhməramlılar monitorinq qrupumuza yenə şərait yaratmadı

reklam

Sülhməramlılar monitorinq qrupumuza yenə şərait yaratmadı


İqtisadiyyat Nazirliyi, Ekologiya və təbii sərvətlər nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

Bu barədə, Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib.

Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazi kompleks monitorinq işləri həyata keçirilməlidir.




Paylaş:


Müəllif : Tarix:
16-12-2022, 13:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər