Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirən rus alim axtarışa verildi
Baş Prokurorluq Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirən rusiyalı ekspertə cinayət işinin başlanması barədə məlumat yayıb.
Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti, hüquq elmləri doktoru Mixail Aleksandrovun dekabrın 13-də müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib:
“Mixail Aleksandrovun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan cari ilin dekabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından Mixail Aleksandrovun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib.
Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilib. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaq.
Qeyd edək ki, Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrov bir neçə gün əvvəl ali təhsil ocağından qovulub.
İnstitut rəhbərliyi tərəfindən Aleksandrovun bəyanatları əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlıq kimi qiymətləndirilib. M.Aleksandrov ötən günlərdə Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif etmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-12-2022, 16:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər