“Rusiya İranı bilərəkdən Ukrayna müharibəsinə cəlb etdi“ - Qurbanoğlu
"İranın Ukrayna müharibəsinə girməsi Moskvanın İranın taleyini dəyişmək, nüvə danışıqlarını bitirmək və İranın xarici siyasətində “Şərqə bax” döngəsini tamamlamaq üzrə ssenarisi olub".
"Entexab" xəbər verir ki, bunu İranın sabiq səfiri Cavid Qurbanoğlu deyib.
O bildirib: “Ukraynadakı müharibə nüvə sazişi danışıqları prosesinə ağır zərbə vurdu. İranın Ukrayna müharibəsində mövqeyi Rusiyaya yaxınlıqdan çox-çox kənarda idi və faktiki olaraq ölkə təcavüzkarın tərəfini tutdu. Rusiyaya PUA-ların satışı və onların müharibədə istifadəsi əslində, İranın neytrallığına son qoydu. BMT-də əhəmiyyətli səs çoxluğu ilə Rusiyanı təcavüzkar elan etdiyi halda, İranın hərəkəti əslində, həmin təşkilat və onun qərarları ilə qarşıdurmaya girmədir".
Diplomat əlavə edib: “Məncə, Rusiya bizi ağıllı dizaynla Ukraynadakı müharibəyə sürüklədi. Dünyanın ikinci ən böyük hərbi gücünün müharibənin gedişatını dəyişmək üçün İranın köməyinə ehtiyac duyması kobud və reallıqdan uzaq bir fikirdir. Rusiya nüvə sazişinin əleyhinə idi. Vaxtilə keçmiş XİN rəhbəri Cavad Zərif Rusiyanın təxribatını və razılaşmanın qarşısını almaq cəhdlərini açıq şəkildə ifadə edib. İranın Ukrayna müharibəsinə girməsi Moskvanın İranın taleyini dəyişmək, nüvə danışıqlarını bitirmək və İranın xarici siyasətində “Şərqə bax” döngəsini tamamlamaq üzrə hazırladığı ssenari idi".
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2023, 22:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər