reklam
Regionxeberlericom.az » Siyasət » Baydenin evində aşkarlanan məxfi sənədlərlə bağlı rəsmi araşdırma başlanıldı

reklam

Baydenin evində aşkarlanan məxfi sənədlərlə bağlı rəsmi araşdırma başlanıldı















ABŞ prezidenti Cozef Baydenin evində və onun yaratdığı tədqiqat mərkəzində məxfi sənədlərin aşkarlanması ilə bağlı rəsmi araşdırmaya başlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Merrik Qarland açıqlayıb. 

Onun sözlərinə görə, istintaqı bu məqsədlə xüsusi təyin olunmuş müstəqil prokuror Robert Hur aparacaq.

İstintaq ondan çox məxfi sənədin Vaşinqtonda Baydenin yaratdığı tədqiqat mərkəzində və həmçinin Delaver ştatındakı evində tapılmasından sonra başlayıb. Onların tarixi Cozef Baydenin vitse-prezident olduğu illərə təsadüf edir.

Amerika qanunlarına görə, Birləşmiş Ştatların prezidentləri və vitse-prezidentləri səlahiyyət müddətinin sonunda sərəncamlarında olan bütün məxfi sənədləri Milli Arxivə təhvil verməyə borcludurlar. Qanunun bu müddəasına əməl edilməməsi hətta cinayət məsuliyyətinə də səbəb ola bilər.




Paylaş:


Müəllif : Tarix:
13-01-2023, 15:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər