reklam
Regionxeberlericom.az » Siyasət » "Rusiya Qarabağdakı erməniləri girov kimi saxlayır" - FAKT BUDUR!

reklam

"Rusiya Qarabağdakı erməniləri girov kimi saxlayır" - FAKT BUDUR!


Qarabağdakı separatçı rejimin “dövlət naziri” ərzaq məhsullarını talon sisteminə keçirməyə qərar verib. Yəni sovet dövründə olduğu kimi bəzi ərzaqlar talonla satılacaq.Vardanyan Qarabağda erməniləri sözün əsl mənasında blokadada saxlayır.

Azərbaycan prezidenti isə əksinə, Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə daha yaxşı həyatın gözlədiyini vəd edir.

Məlumata görə, politoloq Samir Hümbətov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vardanyanın Qarabağda bəzi ərzaq məhsullarını talonla satılması ilə bağlı verdiyi qərarla əlaqədər məlumatlar dolaşır. Təkcə talon sistemi deyil, eyni zamanda erməni əsilli Azərbaycan vətəndaşlarından “kim Qarabağdan çıxıb, getmək istəyirsə rüşvət verməlidir” kimi fikirlər də dolaşır.


“Hətta deyirlər ki, hansısa bir sadə erməni vətəndaşı Azərbaycan postlarına yaxınlaşarsa, ona ciddi cəza verilməsi məsələsi gündəmə gətirilir. Absurd iddialar da ortaya atılır. Amma ümumi olaraq, deyim ki Vardanyan əlbəttə yaxşı başa düşür ki, o uzun müddət Qarabağda qala bilməyəcək. Ümumiyyətlə nəinki o, separatçı rejim də orada qala bilməyəcək. Onların tör- töküntüləri, onların əli silahlı terrorçu dəstələri orada qala bilməyəcək. Bunu başa düşürlər. Vardanyan əslində siyasətçi deyil, o biznesmendir, iş adamıdır. Qara kassaya malik yəni çirkli işlərlə məşğul olan, Kreml administrasiyasının, Putinin çirkli işlərini yürüdən bir şəxsdir. Onu Vladimir Putin Qarabağa göndərməklə əslində Qarabağda münaqişəni gərginləşdirməyə çalışıb. Yəni Putinin, Kreml administrasiyasının əsas hədəfi bu idi”-deyən politoloq vurğulayıb ki, Rus hərbçiləri tərəfindən blokadanın bir aydan artıq davam etməsi, Azərbaycanın Qarabağ bölgəsində, Qarabağda yaşayan ermənilər üçün daha ağır və əzici bir vəziyyətin yaranması deməkdir. Bir tərəfdə Ruben Vardanyan ərazidə daha da, varlanmaq eşqinə düşüb, rus hərbiçiləri ilə kreml adninistrasiyası ilə birlikdə Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar edir.


Digər tərəfdən isə sadə erməni vətəndaşları, erməni əsilli Azərbaycan vətəndaşları isə böyük bir əziyyət çəkirlər. Bu əlbəttə ki, dözülməz vəziyyətdir. Politoloqun fikrincə, sadə erməni vətəndaşları da başa düşürlər ki, bu vəziyyətin yaranmasına birinci səbəbkar Ermənistandır, Vardanyandır, Araik Arutunyandır və eyni zamanda da Rusiyadır.


“Onlar da başa düşürlər ki, Rusiya öz siyasəti üçün bunları alətə çevirib. Ruben Vardanyanı da, ona görə göndəriblər. Araik Arutunyanı separatçı rejimdə ona görə saxlayırlar” –deyən politoloq hesab edir ki, belə bir vəziyyət uzun müddət davam edə bilməz.


Yəni Qarabağda olan ermənilər, çox dözə bilməzlər. Qarabağ erməniləri mütləq həm R.Vardanyana, həm A. Arutunyana, rus hərbiçilərinə qarşı ciddi etiraza qalxacaqlar.


Çünki onlar bilirlər ki, Azərbaycanın tələbləri açıq aydın şəkildə göstərilib. Bu tələblər yerinə yetirilməsə, aksiyalar nəinki bir ay, bir neçə ay da davam edə bilər, hətta daha gərgin bir vəziyyət yarana bilər.


“Qarabağ erməniləri Vardanyan, Arutunyan və yaxud da rus hərbiçiləri bu vəziyyəti davam etdirəcəkləri təqdirdə gec və ya tez onlara qarşı üsyana qalxacaqlar. Yəni bunun başqa variantı yoxdur. Belə bir vəziyyətdə insanlar ac , çətin, ağır durumda uzun müddət davam gətirə bilməzlər. Azərbaycan onsuz da blokada vəziyyəti yaratmayıb. Humanitar məqsədlərlə dəhlizin fəaliyyətinə imkan verir. Amma ermənilər oradan necə çıxacaqlar, separatçılara silah- sursatı necə daşıyacaqlar? Bu məsələ var. Bütün bunları araşdıranda məlum olur ki, Ruben Vardanyan, Araik Arutunyan, Rusiya öz məqsədləri naminə həmin ərazidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını Qarabağda girov məqsədi ilə saxlayır.




Paylaş:


Müəllif : Tarix:
13-01-2023, 16:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər