Vardanyan hədəfini tutdura bilmədi: Planını dəyişdi - NƏ BAŞ VERİR?
Politoloq İlqar Vəlizadə Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Moskvadan Ermənistanın Rusiya və KTMT ilə bağlı ittihamlarına sərt cavab verildi. Hətta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu avantüranın nəticəsinin olacağını deyərək, açıq şəkildə İrəvanı hədələdi. Bu gərginlik Ermənistana nə vəd edir?
- Hər halda Ermənistanın rəhbərliyinə yaxşı heç nə vəd etmir. Bütün hallarda ikitərəfli münasibətlərdə gərginlik qalacaq. Bu da Ermənistanın iştahını azaldacaq, yəni Rusiya ona istədiyini verməyəcək. Bu, Cənubi Qafqazdakı geosiyasi dəyişiklik trendini daha da sürətləndirəcək. Rusiya daha praqmatik addımlar atacaq. Onsuz da atırdı, amma çalışırdı ki, buradakı maraqlarını güdsün.
Rusiyanın praqmatik siyasəti davam edəcək. Bu o anlama gəlir ki, artıq Ermənistan Rusiyadan alət, Azərbaycana təzyiq vasitəsi kimi istifadə edə bilməyəcək.
- Bəs Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi hansı formada Azərbaycanın işinə yaraya bilər?
- Bundan çox şey gözləmək olmaz. Düşünmək olmaz ki, Rusiya birmənalı şəkildə Azərbaycanın xeyrinə addımlar atacaq. Amma Zaxarova və Lavrov son zamanlar deməyə başlayıblar ki, Ermənistan Praqa bəyanatına imza atmaqla Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyib. Rusiya rəsmiləri bunu dilə gətirirlərsə, bu o deməkdir ki, Azərbaycan müxtəlif meydanlarda Ermənistana qarşı tələblərini sərtləşdirə bilər. Hətta Rusiya meydanında. Məsələn, Rusiyada aparılan danışıqlarda bu ölkənin rəsmilərinin tezislərindən istifadə edə bilərik. Bu halda Azərbaycan öz ərazilərində hüquqlarını daha sərt şəkildə müdafiə və təmin edə bilər.
Bəlkə də Ermənistan və Rusiya arasında gərginlik olmasaydı, bu ifadələr, açıqlamalar və etiraflar olmazdı. Ermənistanın demarşı fonunda Rusiyadan verilən bu açıqlamalar göstərir ki, biz bu ziddiyyətlərdən istifadə edə bilərik.
- Zaxarovanın mesajı həm də ona vurğudur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı əksini fikirləşməyə davam etsəydi, Rusiya məsələyə başqa cür yanaşardı?
- Bəli, tamamilə düzdür. Yəni Ermənistan və Rusiya arasında belə gərginlik yaşanmasaydı, düşünmürəm ki, Rusiya rəsmiləri bu ifadəni dilə gətirərdilər. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı Almatı bəyannaməsi 1991-ci ildə imzalanıb. İndiyədək bu haqda niyə danışmırdılar? Niyə məhz indilərdə bunu gündəmə gətirirlər? Niyə Lavrov bunu Ceyhun Bayramovla görüşündə dedi?
Çünki Mirzoyan bu görüşə gəlməkdən imtina etdi və Lavrovu pis vəziyyətdə qoydu. Ermənistan bununla açıq şəkildə Rusiya meydanından imtina etdi, onun nüfuzunu aşağı saldı. Həmin görüşdən bir neçə həftə keçməsinə baxmayaraq, Zaxarova yenə bu məsələni dilə gətirir, deyir ki, Mirzoyan gəlmədi. Yəni bu tezisi yenə təkrarladı.
- Separatçı Ruben Vardanyanla İrəvan arasındakı gərginlik də diqqət çəkir. Vardanyan Ermənistan hakimiyyəti ilə Qarabağ erməniləri məsələsində fikir ayrılıqlarının olduğunu dedi. Separatçılar “status”dan yanadır, İrəvan isə məsələyə insan hüquqları prizmasından baxdığını deməyə başlayıb. Bu fikir ayrılıqları nədən irəli gəlir və bunun mümkün nəticələri necə ola bilər?
- Fikir ayrılığı ondan irəli gəlir ki, əslində, Vardanyan Qarabağı trampilin kimi görür, buradan Ermənistan hakimiyyətinə can atır. Vardanyan Qarabağda “öz gücünü sınamış lider” kimi Ermənistanın siyasi səhnəsinə çıxmaq istəyir. Erməni diasporu da var, onlar da prosesləri izləyirlər.
Vardanyanın vəzifəsi özünü “uğurlu böhran meneceri” kimi göstərməkdir, yəni öz məqəsdinə çatmaq üçün “nailiyyət” əldə etməkdir. O istəyərdi ki, Laçın yolunun açılmasında “müstəsna rol”u olsun. Buna görə belə canfəşanlıq edir.
Paşinyan isə bunu istəmir. Paşinyan istəyir ki, Vardanyan problemlərin içində boğulsun, başı özünə qarışsın. Ona görə də Vardanyana kömək etmirlər. O mesajı verirlər ki, bunlar sənin problemlərindir, bizi bu işə qatma. Yeri gəlmişkən, Paşinyana da “uğur hekayəsi” lazımdır, bunun üçün qələbəyə ehtiyacı var. Bəllidir ki, Qarabağda qələbə qazana bilməz. Çünki Qarabağ onun üçün “uğursuz bataqlıq”dır, ona görə də buradan uzaqlaşmaq istəyir.
- Bəs Vardanyanın Ermənistanın gələcək baş naziri olması ehtimalı varmı?
- İndi onun şansı çox aşağıdır. Vardanyanın səhvləri, uğursuz addımları artdıqca şansı bir qədər də aşağı düşür. Yəqin ki, Vardanyan real vəziyyəti düzgün qiymətləndirməyib. Düşünürdü ki, Xankəndiyə gəldikdən sonra uğurlu addımlar atacaq, bununla dünya erməniləri arasında öz mövqelərini gücləndirəcək və özü üçün siyasi baza yarada biləcək.
Amma hadisələr göstərir ki, Vardanyanın bu hesablarının hamısı yanlışdır. İndi onun əsas məqsədi bu yaranmış vəziyyətdən birtəhər çıxmaqdır. Özü haqda “çıxılmaz durumdan çıxan siyasi xadim” imici yaratmaq istəyir. Bu durumda Ermənistan hakimiyyətinə can ata bilməz. Amma çalışacaq ki, bütün mümkün imkanlardan istifadə edərək, öz imicini yaxşılaşdırsın, bununla Ermənistan hakimiyyətinə iddiasını ortaya qoymaq üçün zəmin yaratsın.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2023, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər