reklam
Regionxeberlericom.az » Siyasət » “Qarabağda qısamüddətli hərbi əməliyyata ehtiyac var” - ÇAĞIRIŞ

reklam

“Qarabağda qısamüddətli hərbi əməliyyata ehtiyac var” - ÇAĞIRIŞ


Qarabağda gərginlik yenidən artır. Bunun səbəbkarlarından biri də “xüsusi missiya” ilə Rusiyadan Qarabağa göndərilmiş və Xankəndi şəhərindəki separatçı rejimə nəzarəti ələ keçirmiş milyarder Ruben Vardanyandır.


Məlumata görə, Azərbaycanın sabiq dövlət müşaviri professor Qabil Hüseynli Reyting.az-a deyib ki, Ruben Vardanyan bəlli mərkəzlərin tapşırıqlarını həyata keçirir, onların ssenarilərini reallaşdırmağa cəhd edir:


- Amma başqa bir tendensiya da müşahidə olunur. Bu da ondan ibarətdir ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində hadisələrin gərginləşməsinin xarici bir ölkənin layihəsi olduğunu anlayıb və Vardanyana qarşı addımlar atmağa başlayıb. Paşinyanın Qarabağda yaşayan erməniləri sakit və təmkinli olmağa, Azərbaycanla qarşıdurmaya getməkdən çəkinməyə çağırması dolayısı ilə Vardanyanın pozuculuq işlərinə aid edilə bilər.


Ümumiyyətlə, Vardanyanın radikal çağırışları əslində Azərbaycan Ordusunu hərbi əməliyyata təhrik edir. Vardanyan bununla həm də dünyada ölkəmizin imicinin korlanmasına çalışır.


Lakin həm Qarabağ ermənilərində, həm də Ermənistanda Vardanyana qarşı sürətlə mənfi rəy formalaşır və inkişaf edir.


- Demək istəyirsiniz ki, Paşinyan və Vardanyanın siyasi xətti bu məqamda bir-birindən ayrılır və ziddiyyət təşkil edir?


- Bəli, ayrılır. Həm də Paşinyanın anti- Rusiya və anti-KTMT bəyanatı buradan qaynaqlanır. Paşinyan yaxşı anlayır ki, Vardanyan onun postuna göz dikib. Vardanyanın avanturist addımları Ermənistanda hakimiyyətin zəbt edilməsi, qanunsuz yollarla ələ keçirilməsinə yönəlib. Bu səbəbdən də Nikol Paşinyan həm sülh çağırışlarını artırır, həm də Qarabağla bağlı müsbət addımlar hesab ediləcək fikirlərini çoxaldır. Məsələn, o, Qarabağla bağlı Azərbaycana ərazi iddialarının olmaması, Qarabağın Azərbaycanın tərkib hissəsi olması, yalnız Qarabağ ermənilərinin insan haqları ilə bağlı məsələlərini müdafiə edəcəkləri haqda fikirlər işlədib.


Bəli, Paşinyan Laçın dəhlizi ilə bağlı müəyyən tənqidi fikirlər də söyləyir və dəhlizin bağlanmasını Rusiya sülhməramlılarının üzərinə yıxır. Əslində həqiqətən də dəhlizi sülhməramlılar bağlayıb. Üstəlik, belə təəssürat yaradır ki, Qarabağda Vardanyandan daha vətənpərvər insanlar var.


Vitali Balasanyan son dövrlər Xankəndidə mövqelərini itirsə də, Araik Arutunyan da Vardanyana qarşı sərt mövqedədir. Burada kəskin rəqabət var və bunun ciddi qarşıdurmaya çevrilmə ehtimalı daha güclüdür.


- Vardanyan-Paşinyan və Arutunyan-Vardanyan qarşıdurması perspektivdə nələr vəd edir?


- Mənim zənnimcə, Vardanyan-Arutyunyan qarşıdurması tədricən dərinləşəcək. Eyni zamanda Qarabağ erməniləri arasında Vardanyanın nüfuzu tədricən zəifləməyə başlayacaq. Böyük ehtimalla bundan sonra Ermənistan hökuməti də müəyyən addımlar atacaq və əslində buna start verilib. Hətta ayrı-ayrı şəxslərin Azərbaycan rəhbərliyinə müraciəti də yayılacaq. Qeyd ediləcək ki, bu avanturisti həbs edin, bu şəxs bölgədə vəziyyəti gərginləşdirir və s.


Ermənistan cəmiyyətindən Azərbaycana müəyyən mesajlar gəlməkdədir. Ruben Vardanyanın neytrallaşdırılması və ya zərərsizləşdirilməsi həm də Azərbaycanın dövlət suverenliyinin tam bərpasına imkan yarada bilər. Zənnimcə, Azərbaycan özü də Ruben Vardanyan layihəsinin zərərsizləşdirilməsi istiqamətində müəyyən addımlar atmalıdır. Ən azından bu layihənin sıradan çıxarılması məqsədilə qısamüddətli hərbi əməliyyatın təşkilinə və yönəldilməsinə ehtiyac var.


Onu da qeyd edim ki, rusların himayəsində olsa da, Qarabağ erməniləri arasında Vardanyana qarşı hərəkət edəcək insanlar tapmaq olar.


Ümumiyyətlə, anti-terror əməliyyatının hazırlanması və qısa müddətə həyata keçirilməsi bölgədəki super güclərin pozucu fəaliyyət və layihələrinin sıradan çıxarılmasına böyük töhvə verə bilər. Buna Ermənistanda da sevinərlər.


- Sizcə, bizim bəlli olan və olmayan qurumlar Qarabağdakı ermənilərlə işləyirlərmi, hansısa təmasların olması haqda fikir yürütmək nə dərəcədə əsaslıdır?


- Belə əlaqələr çoxdan var. Qənaətimcə, belə əlaqələr Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad edilməsi prosesində də özünü göstərdi. O zaman önə çıxan Vitali Balasanyan idi. Yeri gəlmişkən, qeyd edim ki, sonradan Balasanyanı azərbaycanlılara işləməkdə ittiham etdilər, hətta bu səbəbdən vəzifəsindən kənarlaşdırdılar. Amma doğum yerləri Ağdərə və Əsgəran olan ermənilər arasında Azərbaycan xüsusi xidmətinin fəaliyyəti güclüdür, orada formalaşmaqda olan qeyri-rəsmi təmasları müəyyən müddətdən sonra rəsmi təmaslar mərhələsinə qaldırmaq mümkündür.


Qarabağın dağlıq hissəsində yaşayan ermənilərin 70 faizinə qədəri Azərbaycan vətəndaşı olmağa hazırdır. Sadəcə, Araik Arutyunyan və Ruben Vardanyan aranı qarışdırır, müəyyən silahlı dəstələri olduğundan yerli ermənilər onlardan qorxurlar.


Proseslərin gedişatı deməyə əsas verir ki, 2023-cü ilin birinci rübündə Azərbaycan qəti addımlar ata bilər. Bu addımlar ərazidəki erməni ordusunun tör-töküntülərinə qarşı mübarizə istiqamətində olacaq. Azərbaycan bu qalıqların oradan çıxmasını tələb edib. Ermənistan tərəfindən verilən mesajlarda guya orada 5-6 min civarında ordu olduğu iddia edilir. Qeyd olunur ki, bunlar da “Artsax”ın “müdafiə qüvvələri”dir. Ağır texnika və digər hərbi ləvazimatların da bir hissəsinin oradan çıxarıldığını bildirirlər.


Lakin Azərbaycan kəşfiyyatı, dronları o qədər də böyük olmayan ərazini ciddi şəkildə təftiş edir, hərbi hissələrin yerlərinin tam koordinatlarını müəyyənləşdirir. Yəqin ki, bir gecə həmin hərbi hissələrə qarşı sürətli əməliyyat keçirilə bilər.


- Qeyd edirsiniz ki, Ermənistan tərəfi Qarabağın dağlıq hissəsində təxminən 5-6 min civarında ordunun olduğunu bildirir. Siz necə düşünürsünüz, hazırda sepratçıların nəzarətindəki ərazilərdə təxminən nə qədər silahlının olması mümkündür?


- Məncə, təxmini hesablamalar var. Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın həmin ərazidə 10 minə qədər ordusu var. Daha iki minə yaxını isə Qarabağ ermənilərindən ibarət “yerli özünümüdafiə qüvvələri” adlandırılan qanunsuz silahlı dəstədir. Yəni təxminən 12 minlik silahlıdan söhbət gedir. Azərbaycan özünün anti-terror əməliyyatlarını məhz buna uyğun hazırlamalıdır. Hesab edirəm ki, hazırlayır da.




Paylaş:


Müəllif : Tarix:
14-01-2023, 16:12
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər